Azərbaycan İdeyası

30 il əvvəl Füzulidə itkin düşən şəxsin qalıqları Ağstafaya aparılıb, vida mərasimi keçirilir - FOTO

Tarix:11-09-2023, 15:39
Baxış Sayı:199

30 il əvvəl Füzulidə itkin düşən şəxsin qalıqları Ağstafaya aparılıb, vida mərasimi keçirilir - FOTO
30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna aparılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıblar.

Vida mərasimindən sonra şəhidin qalıqları Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

OXŞAR XƏBƏRLƏR
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO
Prezident​ qanun imzaladı
Prezident​ qanun imzaladı
Rufa Hüseynova VƏFAT ETDİ+FOTO
Rufa Hüseynova VƏFAT  ETDİ+FOTO
Bu günün havası
Bu günün havası
Xamenei hücumlarda öldürüldü - RƏSMİ
Xamenei hücumlarda öldürüldü - RƏSMİ
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Nazirlik “Uniklinika”da yoxlamalara başladı
Parlamentin iclası başladı
Parlamentin iclası başladı