Azərbaycan İdeyası

ŞƏFQƏT BACILARI... EVDƏ DƏ, İŞDƏ DƏ ÇİYİN-ÇİYİNƏ...

Tarix:12-10-2016, 15:44
Baxış Sayı:399

Xəstələrin müalicəsində həkilmlərlə bərabər tibb bacıları da son dərəcə böyük rol oynayırlar. Həkimin təyinatlarını yerinə yetirmək, ağır xəstələrə qulluq etmək, bir çox əməliyyatları (bəzən olduqca mürəkkəb) yerinə yetirmək - bütün bunlar orta tibb işçisinin bilavasitə vəzifəsidir. Həmçinin tibb bacısı xəstənin müayinəsində, onun müxtəlif cür cərrahi əməliyyatlara hazırlanmasında iştirak edir, operasiya zamanı anestezist kimi işləyir, reanimasiya və intensiv terapiya şöbələrində xəstələrə baxır. Bütün bunlar tibb bacısından nəinki bilik və səriştə tələb edir, həm də onun mənəviyyatına yüksək tələblər qoyur, o, kollektivdə özünü aparmağı, xəstələrlə və onların qohumları ilə rəftar etməyi bacarmalıdır. Bütün bu tələblərə cavab verən şəfqət bacılarından ikisini biz tanıyırıq: Cəbrayılova Kəmalə və qızı Ülviyyə Əhmədova "Bakı Sağlamlıq Mərkəzi"ndə çalışırlar. Necə deyərlər, evdə də, işdə də çiyin-çiyinədirlər.
Kəmalə xanım öz sənətinin spesifik xüsusiyyətləri barədə həvəslə danışır: "Həmişə yadda saxlamaq lazımdır ki, xəstə dərdinə əlac istəyir, ona bədbəxtçilik üz vermişdir, bəzən bu, çox ciddi olur, onin səhhətinin, əmək qabiliyyətinin itirilməsinə, hətta ölümünə səbəb ola bilər. Tibb bacısı xəstənin dərdinə tam şərik ola bilərsə, onun vəziyyətini dərindən başa düşərsə, onunla xəstə arasında əsl ünsiyyət bağlana bilər, müalicənin uğurlu olması üçünsə, bu, çox vacib şərtdir. Xəstənin həssas münasibətə, mənəvi köməyə, mehribançılığa ehtiyacı dərmandan az deyil, bəlkə də çoxdur. Ona görə də tibb bacılarına həm də "şəfqət bacısı" deyilir. Bu söz nəinki onların işinin ixtisas cəhətini, həm də mənəvi cəhətini ifadə edir. Laqeyd, tez özündən çıxan, xəstənin dərdini başa düşməyə qabil omayan adam tibb müəssisələrində işləməyə layiq deyildir".
Ülviyyə xanım isə deyir ki, xəstəyə onun sağalmayacağını qətiyyən demək olmaz: "Çox vaxt xəstələr tibb bacılarından öz diaqnozunu və sağalmalarına ümid olub-olmamasını soruşurlar. Xəstəni qəti inandırmaq lazımdır ki, sağalacaq. Lakin ağır xəstəyə onun xəstəliyinin "boş" bir şey olduğunu və "tezliklə evə buraxılacağını" deyib arxayınlaşdırmaq da olmaz, çünki çox vaxt belə xəstələr düçar olduqları xəstəliyin xarakterini pis bilmirlər və həddindən artıq xoş söz eşitdikdə səhiyyə işçilərinə inamı itirirlər. Hər halda tibb bacısı xəstələrə deyəcəyi məlumatı həkimlə razılaşdırmalıdır. Xəstənin yanında mənasını az bildiyi və buna görə də onu təşvişə salan sözlər işlətmək olmaz. Yadda saxlamaq lazımdır ki, bəzən narkoz yuxusunda və hətta səthi koma vəziyyətində olan xəstələr palatadakı söhbətləri eşidirlər. Xəstəni həmişə əsəb sarsıntılarından qorumaq lazımdır ki, vəziyyəti ağırlaşmasın".
Kəmalə xanım öz çoxillik təcrübəsini təkcə qızı Ülviyyə xanımla deyil, digər gənc həmkarları ilə də bölüşür, işlədiyi kollektivdə hamı onların barəsində çox tüksək fikirdədir. Xəstələr də bir qayda olaraq, onların xidmətindən razılıq edirlər. Qəzetimizin kollektivi adından onlara insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs peşələrində uğurlar və ən əsası, can sağlığı arzulayırıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO