Azərbaycan İdeyası

"Mənim Bakıda adamlarım yoxdur" - Lotu Quli Bakıdakı atışmadan danışdı

Tarix:10-01-2017, 13:53
Baxış Sayı:387

  "Mənim Bakıda adamlarım yoxdur" - Lotu Quli Bakıdakı atışmadan danışdı

"Mənim Bakıda adamlarım yoxdur" - Lotu Quli Bakıdakı atışmadan danışdı Korrupsiya və Qanun saytı anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatlarını yayımlayıb
Agentliyin anonim mənbələrə istinad edərək bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları olub.
Nadir Səlifovun (Lotu Quli) vəkili Təranə Əliyeva virtualaz.org-a “Sputnik Azərbaycan” agentliyinin xəbərini şərh edib. “Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, “Sputnik Azərbaycan” agentliyinin N.Səlifovla bağlı yaydığı ikinci təxribatçı yalan məlumatdır”, – T.Əliyeva virtualaz.org-a bildirib.
Lotu Quli öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, – müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir.
Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə Lotu Qulinin adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.
Xatırladaq ki, yanvarın 8-i gecə saatlarında Nərimanov rayonu ərazisində 15-20 nəfərin iştirakilə silahlı insident baş verib. “AzPolitika.info”-ya daxil olan məlumata görə, polis hadisə iştirakçılarından 3-nü saxlayıb, digərlərinin saxlanması üçün tədbirlər görülür. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı