Azərbaycan İdeyası

"Oradakı kafelərdə qızları..." - Tanınmış şairdən ŞOK ETİRAFLAR

Tarix:24-01-2017, 13:13
Baxış Sayı:482

“Bir kişinin arvadından başqa 5-6 sevgilisi olmalıdır”  "Oradakı kafelərdə qızları..." - Tanınmış şairdən ŞOK ETİRAFLAR

Şair Yafəs Türksəsin Moderator.az-a müsahibəsini təqdim edirik.
- Bu yaxınlarda Rusiyaya getmişdiniz. Bildiyimiz qədər səfərdə əsas məqsədiniz növbəti şeir kitabınız üçün sponsor tapmaq idi. Bu baxımdan səfərinizi uğurlu saymaq olarmı?

- Yox, bu dəfəki səfərim o qədər uğurlu olmadı. Məsqədim çıxartmaq istədiyim bir-iki kitaba sponsor tapmaq idi. Amma təəssüf ki, Rusiyada çox böyük böhran var. Sponsor-zad tapa bilmədim. Buna baxmayaraq orada bizim çoxlu biznesmen dostlarımız var. Qayıdanda cibxərcliyimizi də verdilər, 3-5 manat xeyrimiz də oldu.

- Ruslar sizdə necə təəssürat yaradır?

- Bir rus oğlanın rus qızını incitdiyini görmədim. Kafelərdə, restoranlarda qızları qucaqlayırlar, öpürlər, sığallayırlar. Görünür, orada gənc ailələrə güclü maddi dəstək göstərirlər. Mən bildiyimə görə çox uşağı olan ailələrə pulsuz ev verirlər. Yüksək məbləğdə uşaqpulu verilir. Rus gəncləri ümumiyyətlə çox romantikdir.

Sonra orada “40-dan sonra” kafeləri var. Yaşı 40-dan çox olanlar gəlir bura, tanış olurlar. Dost olan dost olur, sevgili olan sevgili. Özü də bizdə hesabı kişilər verir. Orada elə bir şey yoxdur.
Bir məqamı da müşahdiə elədim. Bizdə insanlar qəzetə, televiziyaya danışmağa qorxurlar. Ancaq çayxanada-zadda danışılar. Burada siyasi, ictimai narazılıq çoxdur. Onlar da isə əksinədir. Kafelərdə-filanda heç vaxt siyasi söhbət eləmirlər. Siyasi qeybəti sevmirlər. Sözləri olanda mətbuata danışırlar.

- Şeir kitabınız taleyi necə olacaq bəs?

- Şeir kitabım yığılır. Bu kitabda tam yeni şeirlər olmayacaq. İstəyirəm, köhnə, yaddaqalan şeirlərimdən də yeni kitabıma salım. Yaradıcılıq hesabatım kimi 200 səhifəlik bir kitab olmalıdır. Yeni kitabımda seçmə şeirlər yer alacaq.

- Sizin "Facebook" statuslarınızda bir şeyi müşahidə etmişəm, müasir Azərbaycan poeziyasını bəyənmirsiniz. Artıq məşhur ifadəyə çevrilmiş “nanay şairlər” ifadəsi də sizə məxsusdur...

- Əslində sizin sualın iki cavabı var. Nanay şairlər başqadır, müasir Azərbaycan poeziyasındakı parlaq imzalar başqa. Bilirsiniz də, indi Azərbaycanda bəlkə də 50 min nəfər şeir yazan var. Özəl nəşriyyatlara 300-500 manat verib kitab çıxarır, qonum-qonşuya paylayırlar. Sovet dövründəki qadağalardan sonra sanki tam azad olublar. Kobud desəm, sanki iti zəncirdən açıb-buraxmısan. Ömründə bir şeir kitabı oxumayan da şeir yazır, klassikaya oxşadan da şeir yazır, ümumiyyətlə qafiyəni, hecanı bilməyən də şeir yazır. Bunlara mən nanay şairlər deyirəm. Onlar şəkil çəkəndə əlini çənəsinə qoyur, klassikanı çox pis təkrarlayır, heç bir yeni fikri yoxdur, bədii səviyyəsi çox aşağıdır. Yazdıqlarını 30 faiz aşıq şeirinə, yaxud qəzələ oxşadır. Hansısa idarə müdirinə məddah şeirlər yazırlar. Yəni orta səviyyədən aşağı şairlərə mən nanay şairlər deyirəm. Bunlar həddindən artıq çoxdur.

İkinci qrup şairlər var ki, çox istedadlıdırlar, Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını yaxşı bilirlər. Mən istəyirəm ki, bu şairlər müasir Azərbaycan şeirini yaratsınlar. Çox təəssüf ki, onlar bunu edə bilmir. Nəyə görə? Burada bir haşiyə çıxım:Vaqif Səmədoğluna sual verirlər ki, atanız necə şairdir? Deyir, mənim atam 19-cu əsrinin sonunun şairidir. Halbuki, 1956-cı ildə dünyasını dəyişib. Vaqif Səmədoğlu atasını elə bil ki, 60-70 il dala çəkdi. Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Rüstəm Behrudi 20-ci əsrin əvvəlinin şairidir. Doğrudur, adını çəkdiklərim bunu etiraf etməz. Amma insafən Vaqif Səmədoğlu etiraf edirdi. O, çox səmimi şair idi. İntellektinə görə də o biri şairlərdən üstün idi.

İndi 21-ci əsrin əvvəlidir. Çox təəssüf ki, 21-ci əsrin əvvəlində gənclər 20-ci əsrin əvvəlinin və yaxud ortalarının şeirini yazırlar. İstedadlı, savadlı uşaqlar var, ancaq görünür mütaliənin köməyi dəymir də. Görünür, şeir yazmaq üçün xüsusi bir təfəkkür olmalıdır. Mən uşaqlar tanıyıram bədii səviyyəsi çox yüksəkdir, bəzəkli cümlələr yazırlar. Məsələn Qismət şeiri sırf yeni texnika ilə yazır. Amma düşüncə yeni deyil, texnika yenidir. Düşüncə elə 20-ci əsrin əvvəllərinin düşüncəsidir. Şəhiryar del Gerani də elədir. Çox istedadlı, savadlı şairdir. Cavan olsa da bəlkə də mən 10 dəfə çox kitab oxuyub. Amma görünür, şeir yazmaq üçün xüsusi bir təfəkkür lazımdır. Ola bilsin, mənim təfəkkürüm tamam başqadır, çox təfəkkürlü adamam. Şeir yazırlar, guya bir nəfər getməklə lirik qəhrəmanın həyatı məhv oldu. Belə deyil axı. Yenə kənddə yaşasaydılar, bunu yazanları başa düşmək olardı. Kənddə 10-15 qız olur, hərə birini aparır, yerdə heç nə qalmır. Amma bu 4 milyonluq şəhərdə sevgili tapmaq lirik qəhrəman üçün problem olmamalıdır axı. Şəhiryar çox istedadlı adamdır, ürəyim ağrıyır ona görə. Elə bil öz doğma qardaşım səhv yoldadır. Şəhriyar yazır ki, sən getdin, bir ömür darıxmaq qaldı. Bir xanıma görə adam 3 il darıxar, 5 il darıxar, bir ömür darıxmağı oxucuya təbliğ etmək olmaz axı.

Sevinc Elsəvəri götürək. Ərə getməmişdən çox gözəl şeirlər yazırdı. Ərə gedəndən sonra onun yaxşı şeirləri yoxa çıxdı. Xəyalə Sevil adında bir xanım var, bütün yazdıqları onu atıb gedən lirik qəhrəmana həsr olunub. Ömrününün axırına qədər onu yazacaq. İctimai-siyasi heç nə yazmayacaq. Onun elə bil belə bir psixoloji problemi var. Onun özü ilə işim yoxdur, özü ilə nə işim ola bilər? Baxıram, heyfim gəlir ki, bu cür istedad lirik qəhrəmana bu şəkildə məğlub olur. Bütün şeirlərdə sanki bir qorxaqlıq, çəkingənlik var.

Şairlər gərək azad olsun. Partiya sədri deyil ki, bunu tutub damlasınlar... Şairlər tanıyıram ki, ancaq şeir paylaşırlar "Facebookda". Məsələn Balayar Sadiq, Qəşəm Nəcəfzadə ancaq şeir paylaşırlar, status paylaşmağa qorxurlar ki, birdən kimsə nəsə deyər onlara. Bu, şair obrazı deyil axı. Əsəd Cahangir şeir yazanda adama elə gəlir ki, normal qadın yoxdur, hamısı məhvə məhkumdur. Sevgiyə çox şablon yanaşırlar. Halbuki sevgi lay-laydır. Bir az balacası var, bir az ondan böyüyü var. Şablon düşüncədən xilas olsunlar. Vallah, mənim ürəyim ağrıyır ki, bu cür istedadlı, savadlı uşaqlar məhv olurlar. Bunların düşüncəsi budur: sən getdin, mən məhv oldum. Biri demir ki, sağ ol ki, getdin, səndən də yaxşısını tapacam.

- Belə başa düşdüm ki, siz öz şeirlərinizi adını çəkdiyiniz insanların şeirlərindən üstün hesab edirsiniz...

- Son zamanlar mən də ruhdan düşmüşəm. Təzə şeirlərimi "Facebook"da paylaşanda 5-6 adam bəyənir. Başa düşmürlər. Bəyənənlər statuslarını bəyəndiyim insanlardır, əvəz-əvəz edirlər.

Ümumiyyətlə mənim 50-ə qədər şeirim var ki, düşüncə etibarilə Ramiz Rövşəndən, Vaqif Bayatlıdan, Şəhriyar del Geranidən, Qismətdən, Sevinc Elsevərdən, Rəbiqədən qabaqdadır. Ola bilsin, bədii səviyyəsinə görə Şəhriyardan, Ramiz Rövşəndən geri qala bilər, ancaq düşüncə etibarilə mənim şeirlərim çox üstündür. Məsələn mən öz şeirimdə öz sevgilimə deyirəm ki, sənin başqa sevgilinin də olmağına razıyam. Bu çox müasir bir şeydir. Ancaq başqaları deyir ki, nə danışırsan, baltalayaq onu. Mən şeirlərimdə sevgilimə deyirəm ki, yaxşı eləyib, getmisən. Düşüncə yeniliyi lazımdır. Şəhriyarın, Cəlil Cavanşirin şeirini oxuyub yaxşı ağlamaq olar.

- Bu məsələrdə çox azad adam təsiri bağışlayırsız. Məsələn, bu yaşda "Facebook"da xanımlarla çox səmimi fotolarınızı paylaşsırsınız.

- Mən hərtərəfli azad adamam. Heç bir yerdə, dövlət qurumunda işləmədiyimə görə ictimai-siyası mövzularla bağlı tənqid statuslar yaza, fikrimi azad şəkildə ifadə eləyə bilirəm. Ancaq yuxarıda dediyim kimi bir çox insanlar hardansa asılı olduğuna görə bunu edə bilmirlər.

O ki qaldı foto paylaşmağıma. Mənə elə gəlir ki, ailəyə hörmətlə yanaşmalısan, amma bu o demək deyil ki, sevgilin olmamalıdır. Mən belə hesab edirəm ki, hər bir kişinin həyat yoldaşından əlavə 5-6 sevgilisi olmalıdır. Elə bineyi-qədimdən babalarımızın 5-6 arvadı olub. Bu baxımdan kiminsə bir neçə sevgilisinin olmasına pis yanaşmaq doğru deyil.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
fgh 19 aprel 2017 07:56
  Жалоба     
Rolex watch logo LOGO is a crown, Rolex watch logo LOGO prototype from the swiss replica watches beginning of a five fingers outstretched palm, gradually sublimated to the commanding heights of the crown. The palm signifies Rolex replica watches every detail is made entirely by hand, each lines are pure hand carved in the fake omega precious metals above, that Rolex uses a spirit of excellence to create each watch. Later, Rolex watches LOGO logo from the palm into the crown, a symbol of fake hublot watches enterprise has joined as the world leader in watch inside, like its logo, Rolex as a king like in the watch in the field list of small hills.
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb