Azərbaycan İdeyası

GÖYÇAY POLİSİ BAYRAM AXŞAMI AXTARDIĞI ŞƏXSİN AİLƏSİNİ GİROV SAXLAYIB

Tarix:9-02-2017, 10:44
Baxış Sayı:340


Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyələrinin icra edilməsi zamanı zor işlətmək, hədələmək, şantaj etmək, insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran qanunsuz tədbirlərə əl atmaq, səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə köməklik göstərməyə borcludurlar. Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə onların səlahiyyətlərinin yerinə yetirilməsində kömək göstərə bilər. Heç kəs əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştiraka cəlb edilə bilməz.
Redaksiyamıza daxil olan şikayət ərizəsindən məlum olur ki, Göyçay polisi axtardığı şəxsin ailə üzvlərini yeni il axşamı girov götürməklə ciddi qanun pozuntusuna yol vermişdir. Rayonun Mehman Minadov küçəsi, ev-50 ünvanda yaşayan sakini Fərzəliyeva Zəhra Sadıq qızı qəzetimizə ünvanladığı ərizədə yazır ki, 2016-cı il dekabrın 31-də böyük oğlu Azad Fərzəliyevlə birlikdə kiçik oğlu Elnur Fərzəliyevgilə gedib bayramı bir yerdə keçirmək istəyirmişlər: "Mən Azadı mağazaya göndərdim. O, dükandan evə qayıdanda Elnurun dostunu görüb və evə bir yerdə gəlmək üçün onun yanında ayaq saxlayıb. Həmin an onları polis saxlayıb və yerli polis şöbəsinə aparıb. Daha sonra mənim qaldığım evə gələrək özləri ilə getməyimin vacibliyini dedilər. Mən onlara xəstə və II qrup əlil olduğumu bildirdimsə də, əhəmiyyət verməyib məcburən özləri ilə apardılar. Orada saxlanılan zərərçəkmiş kimi tanınan oğlanı gördüm. O, Azadın onlarla heç bir əlaqəsinin olmadığını, təsadüfən rast gəldiyini söylədi. Məni və Azadı Elnurdan ötrü girov götürdülər. 31 dekabr axşam saat 17-18-dən 1 yanvar gecə saat 23-dək saxladıqdan sonra mən çox narahat olduğum üçün butraxdılar. Azad üçün də narahatlığımı bildirdiyimdə and içdilər ki, Elnuru gətirdikdən sonra onu buraxacaqlar. Mənə orada olduğum müddət ərzində ürək və təzyiq dərmanı verdilər. Sonra yenə oğlumun saxlanıldığı yerə getdim, dedilər şikayətçinin pulu ödənilsə, çıxarılacaq.
Fərzəliyeva ərizəsində hadisə ilə bağlı başqa təfərrüatları yazsa da, həmin məlumatları araşdırmaq təhqiqat orqanının işi olduğu üçün onların üzərində dayanmırıq. Bizim üçün ictimai əhəmiyyət kəsb redən məsələ polisin axtardığı şəxsin ailə üzvlərini bayram günlərində girov götürüb azadlıqdan faktiki məhrum etməsidir.
Xatırladaq ki, əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe olduğu yuxarı orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir.


Ceyhun Xıdıroğlu


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO