Azərbaycan İdeyası

Səhiyyə Nazirliyində korrupsiya ilə bağlı əmr

Tarix:20-02-2017, 14:06
Baxış Sayı:660


Səhiyyə Nazirliyində korrupsiya ilə bağlı əmr

Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb.
Korrupsiya və Qanun saytı “Qafqazinfo”nun məlumatına görə, “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Prezident Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb. Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb.
Əmrdə Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.
Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Tədbirdə əmrin zəruriliyinə toxunulub, zəruri addımların atılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün müzakirələr aparılıb, qərarlar qəbul edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto