Azərbaycan İdeyası

MÜHACİR "PUTYOVKA" SI BAZARINDA DƏLƏDUZLAR MEYDAN SULAYIR

Tarix:27-02-2017, 14:07
Baxış Sayı:930

MÜHACİR "PUTYOVKA" SI BAZARINDA DƏLƏDUZLAR MEYDAN SULAYIR
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Qasımzadə Firdovsi Eldar oğlu redaksiyamıza yazdığı ərizədə bildirir ki, 2016-cı ilin əvvəllərində Bakının Yeni Yasamal qəsəbəsində yeni inşa olunan çoxmərtəbəli binada mühafizəçi işləyirmiş. Qeyri-iş vaxtı elektrik Mənsur, menecer Vurğun, briqadir Emil, keyfiyyət üzrə nəzarətçi Sədrəddinlə Biləcəri qəsəbəsində bir yerdə əyləşib xörək yeyirmişlər. Söhbət əsnasında Mənsur ona deyib ki, Almaniyaya getmək istəsə, kömək edə bilər. Amma şərt qoyub ki, bundan ötrü əvvəlcə hakimiyyətin əleyhinə çıxış etməlidir.
Firdovsi yazır ki, Mənsurun bu sözlərini oradakıların hamısı eşidiblər: "Mən ona rədd cavabı verdim. Digər yoldaşlar Mənsurdan xahiş etdilər ki, Firdovsi yaxşı oğlandı, ona qəliz şərt qoymadan kömək etsin. O razı oldu. Təxminən bir ay sonra məndən götürdüyü sənədləri özümə qaytardı ki, bəs iş alınmır. Bundan sonra Mənsurun oğlu Müşfiq mənə yaxınlaşıb dedi ki, atam bilməsin, mən səni xaricə yollayaram. Mən onunla xeyli söhbət etdim. Müşfiq dedi ki, biz bu işlə məşğuluq, sən yaxşı insan olduğunçün səndən yalnız yol pulunu alarıq. O məndən özümün və uşaqlarımın şəxsiyyəti təsdiq edən sənədlərimizi və 1000 (min) dolar pul aldı. On gün sonra mənə zəng edib görüşməyi təklif etdi. Görüşəndə mənə dedi ki, xarici pasportlarınızı (ümumvətəndaşlıq pasportu-red.) düzəldin. Mən də on gün ərzində sənədləri düzəltdim və ona verdim. Bundan sonra o başladı məndən tez-tez pul istəməyə. Başa düşdüm ki, məni aldadır. Görüşüb ondan soruşdum ki, mənim verdiyim pulu xərcləyibmi. Dedi yox. Heç yerə getmək istəmədiyimi dedim və verdiyim pulu geri istədim. O mənə pulumu aprelin 26-da qaytaracağını söz verdi. Lakin vədini yerinə yetirə bilmədi. Növbəti görüşümüzdə dedi: "Pulu mənə "atıblar" və əgər bu barədə atama desən, özümü öldürəcəyəm". Mən məcbur olub onun atasına zəng etdimvə görüşdüm. Mənsur bu işdən xəbəri yoxmuş kimi özünü apardı. Məndən oğluna verdiyim pulun ümumi miqdarını soruşdu. Mən Müşfiqin 5550 ABŞ dolları və ovaxtkı kursla 8880 manat borcu olduğunu dedim. Xahiş etdi ki, oğlunu tutdurmayım, pulu onun yerinə özü ödəyəcək. Bundan sonra dəyəri 1500 manat olan maşınını 2400 manat əvəzinəmənə verdi. Mən də ehtiyacdan, əlacsızlıqdan götürməli oldum".
F. Qasımzadə bildirir ki, hələ də Mənsurgil onun 1100 (Bir min bir yüz) dollar pulunu qaytarmayıblar. Odur ki, qarşılaşdığı problemi ictimailəşdirməyi, əlaqədar inzibati orqanların diqqətini bu məsələyə yönəltməyi redaksiyadan xahiş etmişdir.
Əlbəttə, bu adi borc məsələsi deyil, dələduzluq aktı olduğu üçün biganə qala bilməzdik. Həm də necə dələduzluq? - Vətəndaşlara qürbətdə cənnət vəd edib, olan-qalan pulllarını da əllərindən alırlar. Öz dövlətlərinin əleyhinə çıxış etməyə sövq edirlər. Təxmin etmək olar ki, belə dələduzlar koordinasiya olunmuş hərəkət edirlər. Onların düzəltdikləri iş hətta alınanda belə ölkəmizin beynəlxalq imicinə zərbə vurur. Odur ki, hüquq-mühafizə orqanları bi məsələni ciddi araşdırmalıdırlar.


"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı