Azərbaycan İdeyası

HƏKİM VAR Kİ, HƏKİMLƏRİN NAXIŞIDIR...

Tarix:28-02-2017, 18:45
Baxış Sayı:1 365

HƏKİM VAR Kİ, HƏKİMLƏRİN NAXIŞIDIR...
14 fevral 2017-ci il tarixdə gündüz saat 11-12 radələrində redaksiyamızın əməkdaşı Bəhmənov Mehman Əkbər oğlu öz qohumu Ağayeva Təzəgül xanımı qan itkisi səbəbilə ağır vəziyyətdə Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Sabunçu rayonunda yerləşən Lazer Cərrahiyyə Klinikasına gətirib. Burada həkim-cərrahlar Həzrət və oğlu Orxan xəstənin üzərində əməliyyat aparacaqlarını deyərək, təcili qan lazım olduğunu bildiriblər. Lakin bundan ötrü 500 (beş yüz) manat pul istəyiblər. Xəstə yiyəsi Mehmanın bu qədər pulu ödəməyə imkanı olmadığından, güzəştə nail olmaq məqsədilə Klinikanın rəhbər vəzifəli şəxslərindən Şahin Əliyevə yaxınlaşıb. O isə Mehmana "Sənə kim bura girməyə icazə verib? - deyərək kabinetindən qovub. Bundan sonra Həzrət həkim əməkdaşımıza qan bankından qan ala bilmələri üçün tələbnamə yazacaqlarını vəd edərək xəstə yiyələrini sakitləşdirib. Şərt kimi maşın təşkil etməyin xərcini onların boynuna qoyub. Lakin tərəflər razılaşsalar da, çox keçmədən vədindən imtina edən Həzrət həkim onlara xəstəni Sabunçu 3 saylı şəhər Kliniki Xəstəxanasının ginekoloji şöbəsinə aparmalarını tövsiyə edib. Xəstəxanada onları deyilən şöbədə Pərvanə həkim heç də məmnun qarşılamayıb və Lazer Cərrahiyyə Klinikasının qarasına deyinib: "Ayrı vaxt xəstələrimizi bizdən oğurlayırlar, amma belə olanda üstümüzə yollayırlar". O da xəstəyə mütləq qan vurulmasının vacibliyini deyəndə M. Bəhmənov qan qrupunun xəstəninki ilə eyni olduğunu deyərək öz qanının götürülməsini təklif edib. Onu analiz edib qanının səviyyəsinin aşağı olduğunu və bu səbəbdən götürə bilməyəcəklərini deyiblər. Naçar vəziyyətdə qalan M. Bəhmənov redaksiyaya zəng açaraq köməklik göstərilməsini xahiş etdi. İnsan taleyinin sual altında qalmasına biganə qala bilmədiyimizdən Səhiyyə Nazirliyinin "qaynar xəttinə", bir neçə telefon nömrəsinə zəng vurduq. Qəribədir ki, həmin nömrələrin çoxuna cavab verilmədi. Bircə (012)5651249 nömrəsindən dəstəyi qaldıran qız "Mən adi işçiyəm, heç bir köməklik edə bilmərəm" dedi. Baş redaktorumuz bu dəfə Bakı Baş Səhiyyəı İdarəsinə zəng vurub köməkçi Zeynəb xanəımın vasitəsilə Elmira Əliyeva ilə danışa bildi. Xoşbəxtlikdən Elmira xanım problemə olduqca həssas yanaşdı və tez bir zamanda xəstəxananın baş həkimi Fikrət Zeynalovla əlaqə qurdu. Doktor Zeynalov məsələdən yalnız indi xəbər tutduğunu deyərək təcili tədbir görəcəyini bildirdi və dediyinə də əməl etdi. Əməkdaşımızı da qəbul edib dinləyən Zeynalov narahatçılığa əsas olmadığını boildirərək həkimlərə lazımi göstərişlərini verdi. Hazırda xəstə həkim nəzarəti altındadır. Xəstənin qohumları qəzetimizin tribunasından istifadə edərək doktor Elmira Əliyevaya, Fikrət Zeynalova təşəkkürlərini bildirirlər. Biz də KİV olaraq öz növbəmizdə adları çəkilən tərəqqipərvər tibb işçilərinə uğurlar arzulayırıq.
Muəllif: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO