Azərbaycan İdeyası

"Cənab Prezident, əhalini "Azərsu" ASC ilə Tarif Şurasının müştərək biznesindən xilas edin"

Tarix:1-03-2017, 13:33
Baxış Sayı:761


Qaradağ rayonunun Ələt qəsəbəsi Sabir küçəsi ev - 13 ünvanda yaşayan İsgəndərov Əhəd Barat oğlunun ölkə başçısına, respublika rokuroruna, "Korrupsiya və qanun" qəzeti redaksiyasına ünvanladığı müraciətin proloqu möhtərəm Prezident İlham Əliyevin bu sözləri ilə başlayır: "Mən istəyirəm ki, hər bir şəhərə 24 saat fasiləsiz su verilsin. Azərbaycan əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır".
Müraciət müəllifi xatırladır ki, Kür çayından əhaliyə verilən su sovetlər dönəmində çəkilmiş köhnə xətlərlə daşındığından, həm də Gürcüstandan ta Qarasu nasosxanasına qədər olan əreazinin kanalizasiya və çirkab suları çaya axıdıldığından tərkibi hətta texniki suya da yararsızdır: "Həmin suiyu "Azərsu" valyuta ilə almır, artıq xərc çəkilmir. Qaradağ rayonunda əhaliyə su fasilələrlə verilir, təzyiq şağı olduğu üçün beş və daha hündürmərtəbəli binalarda yaşayanlar elektriklə işləyən su motorlarından istifadə edirlər. Beləliklə, 0, 35 AZN su xərci, 0,15 AZN suyun axıdılması xərci, üstəgəl, orta hesabla da motorun işlətdiyi elektrik enerjisinin xərci toplam 1 kubmetr həcmdə su sərfi 0, 70 AZN-ə başa gəlir".
İsgəndərov yazır ki, NK nəzdində Tarif Şurasının suyun qiymnətinin qaldırılması barədə qərarı qəsəbə sakinlərinin onsuz da qənaətbəxş olmayan sosial vəziyyətlərini daha da ağırlaşdırıb: "Bu üzdən onlar "Azərsu" ASC-nin soyğunçu siyasətinə haqlı etiraz edirlər. Tarif Şurasının suyun qiymətinin artımı ilə bağlı məlum qərarı ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlik siyasəti ilə daban-dabana ziddir. Cənab İlham Əliyev bir neçə dəfə özünün xalqın xidmətçisi olduğunu demiş, məmurlardan da ondan nümunə götürmələrini tələb etmişdir. Ələt qəsəbəsinin sakinləri Azərsu" ASC-də və Tarif Şurasında işləyən məmurlardan soruşurlar: Prezident İlham Əliyevin dediyi sözlərin müqabilində suyun qiymətini artırmaları onların xalqa xidmətidir, yoxsa, əhaliyə qarşı törətdikləri soyğunçuluq?
İsgəndərovun yazdığına görə, əhali arasında söz gəzir ki, Tarif Şurası "Azərsu" ASC ilə korruptiv sövdələşmə əsasında suyun qiymətini qaldırıb: "Qaradağ rayonunda su istifadəçisi olan 50 min abonent var. Hər abonent ayda orta hesabla 15 AZN su pulu ödəyəndə Qaradağ Su İdarəsinin gəliri barədə təsəvvürləri dəqiqləşdirmək olar. Təkcə əhali qrupundan 750 min manat! İdarə, müəssisə, təşkilat, iaşə obyektlərinin ödədikləri də əhəmiyyətli məbləğlərlə ölçülür. Bunun qarşılığında Su İdarəsinin xərclərinin dəfələrlə az olduğunu bilmək üçün adi yoxlama aparmaq kifayətdir".
Ağsaqqal qəsəbə sakini xatırladır ki, son 30 il ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində su və kanalizasiya xətlərində nəzərəçarpan əsaslı təmir işi aparılmayıb. Müraciət bu sözlərlə yekunlaşır: "Cənab Prezident, Sizdən xahiş edirik, əhalini "Azərsu" ASC ilə Tarif Şurasının müştərək biznesindən xilas edin".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO