Azərbaycan İdeyası

20 yanvar əlilinin hər il sanatoriyaya getdiyi yol kəsilib

Tarix:1-03-2017, 15:03
Baxış Sayı:710

20 yanvar əlilinin hər il sanatoriyaya getdiyi yol kəsilib
Ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və 20 yanvar əlilləri dövlətimiz tərəfindən yüksək qayğı və diqqətlə əhatə olunublar. İndiyədək Əmək və Əhgalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 69 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 84 nəfər 20 Yanvar əlili minik avtomobvili ilə təmin edilib. Bu təbəqədən olanlara Azərbaycan Prezidentinin aylıq təqaüdləri (o cümlədən 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələrində əlil olmuş I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat) ödənilir.
20 Yanvar əlillərinə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət də verilir. Pensiya qanunvericiliyində isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanması nəzərdə tutulub. 20 Yanvar əlilləri və şəhid ailəılərinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. "20 Yanvar əlilləri və şəhid ailələri üçün qanunvericilikdə bir sıra başqa güzəşt və imtiyazlar əksini tapıb. Eyni zamanda, bu qəbildən olan əlillərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları vardır.
Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 20 Yanvar əlili, Prezident təqaüdçüsü Məmmədov Məmləkət Feyruz qızı redaksiyamıza ərizə ilə müraciət edərək bilıdirib ki, 20 Yanvar əlili kimi mütəmadi olaraq hər il 30 saylı Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) əlilləır üçün nəzərdə tutulmuş Şağan sanatoriyasına göndəriş sənədi (putyovka) almış və həmin sanatoriyada pulsuz müalicə olunmuşdur. Lakin sonuncu dəfə, yəni 19 sentyabr 2016-cı il tarixdə TSEK-ə "putyovka" almaq niyyəti ilə müraciət edəndə komissiyanın sədri Məmmədtağı həkim ondan "Şağan sanatoriyasına getmək üçün razılıq məktubu" istəmişdir.
Məmmədov xatırladır ki, buna qədər TSEK-nin sədrlərindən heç biri tərəfindən onun sanatoriyaya göndərilməsi yolunda süni maneə yaradılmayıb. Ərizəçi qarşılaşdığı bürokratik əngəl barədə yazdıqlarının ictimailəşdirilməsini xahiş etmişdir.
Məsələ ilə bağlı araşdırma apardığımız zaman öyrəndik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və ştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir. İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün ƏƏSM-nə və ya rayon (şəhər) ƏSMM-lərinə aşağıdakı qeyd olunan sənədləri təqdim etməlidirlər:
- ərizə;
- işləmədikləri barədə arayış;
- əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd;
- həkimdən sanator-kurort arayışı;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Sanator-kurort putyovkasından istifadə edən şəxs müalicəsini qurtardıqdan sonra istifadə etdiyi putyovkanın (yollayışın) "geriyə qaytarılan talon" hissəsini putyovka verən rayon (şəhər) ƏSMM-nə (Nazirliyə) təqdim etməlidir.
Göründüyü kimi, sadalanan sənədlərin sırasında Məmmədtağı həkimin tələb etdiyi "Şağan sanatoriyasına getmək üçün razılıq məktubu" yoxdur.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO