Azərbaycan İdeyası

“900-ə yaxın azərbaycanlı terror qruplaşmalarına qoşulub” - General

Tarix:3-03-2017, 12:39
Baxış Sayı:430

  “900-ə yaxın azərbaycanlı terror qruplaşmalarına qoşulub” - General

Xəbər verdiyimiz kimi, Şəhriyar adına Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir.
Konfransda çıxış edən DTX-nın rəisi, general-leytenant Mədət Quliyev deyib ki, terrorçuluq və radikalizmlə mübarizə ölkəmiz üçün vacib məsələdir:
“Məlum olduğu kimi, İraqda, Suriyada, hətta Türkiyədə baş verən cərəyanlar hər kəsi narahat edir. Radikalizm qlobal sülhə böyük maneə yaradır. Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasina qoşulub. Hələ ötən əsrin əvvəllərində erməni terrorçuları AXC rəhbərliyində təmsil olunan şəxsləri öldürüb. Ermənistanın terror cinayətləri davam edib və Azərbaycanın ərazilərini işğal ediblər. 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən 373 terror cinayəti nəticəsində 2 mindən artıq insan zərər çəkib. Azərbaycan müxtəlif növ təhlükələrin olduğu geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, nəinki Qafqazda, hətta Avropada ən təhlükəsiz ölkələrdən biridir.
Cənab prezident 2017-ci ili İslam Həmrəyliyi ili elan edib. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya və İraqda terror qruplaşmalarına qoşulub. Məlumata görə, geri qayıdan 200-ə yaxın şəxs həbs edilib. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib”.
Mədət Quliyev qeyd edib ki, dini radikalizmə qarşı mübarizənin əsas üsullarından biri maarifçilikdir:
“Terrorçular dinin həqiqi mənasını təhrif edirlər. Bununla bağlı ölkəmiz son illər mühüm işlər görüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənəcək”.(Qafqazinfo) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO