Azərbaycan İdeyası

Əslən Şərurdan olan terrorçuyla bağlı sensasion faktlar – FOTO

Tarix:7-03-2017, 11:20
Baxış Sayı:647

  Əslən Şərurdan olan  terrorçuyla bağlı sensasion faktlar – FOTO


2014-cü ildə İraqda öldürülən, daha sonra isə sosial şəbəkələrdə yayılan fotoları ilə hər kəsi heyrətləndirən 18 yaşlı azərbaycanlı terrorçu Həmzə Azəri (Hamzat Laro) ləqəbli Həmzə Əliyevin özü və ailəsi haqqında sensasion məlumatlar yayılıb.
Korrupsiya və Qanun saytı BakiPost.az xəbər verir ki, yayılan məlumatlarda terrorçunun ailəlikcə İŞİD-də qoşulması, onların ayrı-ayrı olkələrdəki fəaliyyətləri və ən əsası Azərbaycanla əlaqələri barədə informasiyalar əks olunur. Məlum olur ki, Həmzə Azəri İŞİD-çilər arasında “Əbu Hafiz Azəri” ləqəbi ilə tanınan İntiqam Əliyevin doğma oğludur.
Araşdırma zamanı həmçinin, indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılan İntiqam Əliyev kifayət qədər əlaqəli, imkanlı və məşhur adam olduğu ortaya çıxır.
O, 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Birinci həyat yoldaşı – Naxçıvan sakini İlahə Əliyeva Məhəmməd qızı ilə evlilikdən 7 uşaqları olub. Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Ukraynada biznes fəaliyyəti quraraq, avtomobil ehtiyat hissələrinin satış şəbəkəsi yaradan İntiqam Abuzər oğlu Əliyev eyni zamanda siyasi fəaliyyətlə də məşğul olub. O özü ilə bağlı verdiyi anket məlumatlarında vaxtilə Rəsul Quliyevin sədrlik etdiyi Azərbaycan Demokratik Partiyasında (ADP) aparıcı simalardan olduğunu və təşkilatın maliyyələşməsinə dəfələrlə dəstək göstərdiyini qeyd edib. Həmin partiyanın maliyyə dəstəkçilərindən biri kimi tanınan şəxs Azərbaycanı da məhz müxalifətçi adı ilə tərk edib. O, ölkədən getdikdən sonra bir neçə il heç kimin bilmədiyi yerlərdə yaşayıb və həmin müddətdə onunla bağlı heç bir informasiyaya rast gəlinmir.
2001-ci ildən sonra isə İntiqam Əliyevin İstanbulda olduğu məlum olur. O, ikinci dəfə Rusiya vətəndaşı olan çeçen xanımla ailə qurub. Bu ailədən isə onun 4 qızı doğulub.
İ.Əliyevin İraqla əlaqələrinin, terrorçu qruplaşmalarla isti münasibətinin nə vaxtdan formalaşması isə bəlli deyil. Məlum olan odur ki, o, əvvəlcə oğlanları – Nihad və Həmzə Əliyevlərə saxta yollarla Ukrayna vətəndaşlığı alıb. Bundan sonra özü, həyat yoldaşları və digər uşaqları ilə İŞİD-in məşhur əmrləri olan Əbu Ömər Şişanı və Əbu Cihada qoşularaq Suriyaya gedib.
Terrorçuya çox yaxın adamlardan saytımıza verilən məlumata görə, onun 1991-ci il təvəllüdlü böyük oğlu Nihad Əliyev 1 il əvvəl terrora dəstək verən şəxs kimi Ukrayna hüquq mühafizə orqanları tərəfindən həbs edilib və o hazırda Xarkov şəhərində istintaq altındadır.
Məlumata görə o, 16 yaşında Fatimə Qaybəyeva adlı bir xanımla evlənib və 1 uşaqları var.
Həyat yoldaşının indi harada yaşadığı isə məlum deyil. İddialara görə, əri tutulandan sonra, qayınatası onu 8 yaşlı oğlu ilə birgə məcburi şəkildə Suriyaya aparıb. Amma o, Suriyadan qaçmağa nail olub.
İntiqam Əliyev 1996-cı ildə anadan olmuş oğlu Həmzə Əliyevi isə vaxtilə heç kimə yaxalanmadan Ukraynadan İraqa apara bilib. Ukraynanı tərk edən gənc həm İraqda, həm də Suriyada terror aktları həyata keçirib.
O, İŞİD-çilər arasında “Hamzat Laro”, yaxud “Həmzə Azəri” ləqəbi ilə tanınıb. Daha sonra isə sosial şəbəkədə paylaşdığı fotolarıyla məşhurlaşıb. Belə ki, o, Kobanidə terror törətməyə hazırlaşdığı zaman çəkilmiş şəkillərini “İnstagram” sosial şəbəkəsində paylaşıb. Bu isə bir çox insanın qəzəbinə səbəb olub.
Lakin gəncin terror həvəsi uzun çəkməyib. O, 2014-cü il, iyulun 24-də Bəycidə şəhərində İraq ordusu tərəfindən öldürülüb.
İŞİD ordusunda məşhur simalardan olan “Əbu Hafiz Azəri”nin (İntiqam Əliyev) isə sağ olduğu və hazırda ailəsi ilə birlikdə Suriyada yaşadığı deyilir. Onun İstanbulda, Xarkovun varlılar yaşayan məhəllələrindən birində, Bakıda Qara Qarayev metrostansiyasının yaxınlığında və Şərurda olan villalarında heç kimin yaşamadığı qeyd olunur.
Daxil olan məlumatlarda İntiqam Əliyev və ailə üzvlərinin Azərbaycan, Ukrayna, Türkiyə hüquq mühafizə orqanları tərəfindən axtarışda olduğu bildirilir.
Qeyd edək ki, ADP-dən BakiPost.az-a bildiriblər ki, İntiqam Əliyev adlı şəxsi tanımırlar: “Ola bilsin ki, Rəsul Quliyevin vaxtında belə bir adam olub, partiyaya gizli köməkliklər göstərib. Amma üzdə olan şəxs olsaydı, tanıyardıq”.
Mümkündür ki, İ.Əliyev təqdim etdiyi sənədlərdə adını və ya soyadını saxtalaşdırsın.

  Əslən Şərurdan olan  terrorçuyla bağlı sensasion faktlar – FOTO
  Əslən Şərurdan olan  terrorçuyla bağlı sensasion faktlar – FOTO
  Əslən Şərurdan olan  terrorçuyla bağlı sensasion faktlar – FOTO
  Əslən Şərurdan olan  terrorçuyla bağlı sensasion faktlar – FOTO
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
flyen 18 may 2017 12:15
  Жалоба     
Vous pouvez très bien attendre les périodes cheap ray ban de soldes pour acheter une paire de lunettes de soleil Ray-Ban à petit prix. En effet, il est possible d’obtenir des ray ban outlet modèles des anciennes collections avec une remise. Cependant, vous êtes sans doute aussi pressé que moi et la période de soldes replica ray ban sunglasses ne tombe jamais au bon moment pour vous.
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb