Azərbaycan İdeyası

Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər

Tarix:31-03-2017, 16:52
Baxış Sayı:770


Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanlar aşkar edilib.  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
Korrupsiya və Qann saytı xəbər verir ki, martın 30-da məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən kənar arıq, xəstəliyə şübhəli, kəsim üçün hazırlanmış 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atlar və təzə kəsilmiş 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri aşkar olunub.

  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
Eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilib. Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar (3 ədəd balta, 6 ədəd bıçaq, 2 ədəd primitiv quraşdırılmış tal, ətləri asmaq üçün qarmaqlar, 1 ədəd işıq generatoru, 1 ədəd bıçaq itiləmək üçün dəzgah, çoxlu miqdarda laxtalanmış qan gölməçələri) antisanitar vəziyyətdə aşkar olunub.
Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında kəsilmiş atların daxili orqanlarından (qaraciyər və ağciyər s.) və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
Xatırladırıq ki, Abbasov Saqif Tərlan oğlunun bu ilk əməl deyil. Alınan məlumata görə, Abbasov Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 17 mart 2017-ci il tarixində də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayonun Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğlunun idarə etdiyi “QAZel" markalı 90-DG-562 dövlət nömrə nişanlı yük avtomobilində 1220 kq yararsız ətlər aşkar edilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at və iribuynuzlu heyvan əti (41 nümunədən 27-nin at 14-nün isə iribuynuzlu əti) olması müəyyən edilib.

  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər
  Əhaliyə at – eşşək əti yedirənlər - Dəhşətli görüntülər [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO