Azərbaycan İdeyası

SABUNÇU MƏHKƏMƏSİ BÖHTANÇILARA QARŞI TOLERANTDIR

Tarix:3-04-2017, 09:28
Baxış Sayı:265

 SABUNÇU MƏHKƏMƏSİ BÖHTANÇILARA QARŞI TOLERANTDIR
Bakı şəhəri, T. Abbasov küçəsi -39A, mənzil-59 ünvanda yaşayan Failə İbrahimova redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, qəzetimizlə əməkdaşlıq etdiyi 2014-cü ilin yanvar ayında onun guya "Korrupsiya və Qanun" qəzeti adından sui-istifadə etməsi barədə yalan məlumat yayan Lent.az informasiya agentliyinə qarşı Sabunçu rayon məhkəməsinə təqdim etdiyi 17.01.2017-ci il tarixli iddia ərizəsi "it-bata" düşüb. Üstündən xeyli vaxt keçsə də, ərizəsinə əlavə etdiyi sənədləri ona geri qaytarmayıblar, nə də bu günə kimi məhkəmədən onun ünvanına çağırış vərəqəsi gəlməyib ki, bunu da konstitusion hüquqlarının pozulması kimi qiymətləndirir. Odur ki, özünün iştirakı ilə araşdırma aparılmasını redaksiyadan xahiş etmişdir.
Xatırladaq ki, Lent.az F. İbrahimovanın Siyəkü kənd orta məktəbinin direktoru Hikmət Muradovdan rüşvət aldığı yerdə Astara polisi tərəfindən yaxalandığı haqda yalan məlumatı yaymaqla kifayətlənməmiş, F. İbrahimovanın guya əvvəllər məhkum olunduğu haqda da informasiya yerləşdirmişdir. Həm də Lent.az-ın əməkdaşı bu hədyan xəbərə öz şəxsi mülahizələrini, şərhlərini də əlavə edib, belə fərziyyə irəli sürmüşdür ki, F. İbrahimova bir H. Muradovdan deyil, yəqin ki, bütün məktəb direktorlarından pul tələb edib. "Korrupsiya və Qanun" adına sərlövhəli həmin məqalədən görünür ki, müəllif direktor və müəllimlərin hamısını F. İbrahimovanın əlindəki bloknotdan qorxacaq dərəcədə aciz hesab edir. Nədən ki, bütün məktəblərə qəfil getsən, yetərincə nöqsan aşkarlamaq mümkündür. Müəllif həmçinin məktəb direktorlarını savadsız, dünyadan bixəbər adamlar sayır. Onun mülahizələrinə görə, məktəb direktorlarının F. İbrahimovadan qorxmamaqları üçün internetə girib "Korrupsiya və Qanun" qəzetinin adını aramaq və qəzetin adının Mətbuat Şurasının "qara siyahı"sında olduğunu görməkləri kifayət imiş. Belə başa düşmək lazımdı ki, Lent.az-ın yazarının məntiqincə, Mətbuat Şurasının Rəyasət Heyətində oturub qərar çıxaran şəxslər aydan arı, sudan duru, mələk kimi təmiz, imam övladları, Allahın bacısı uşaqlarıdır. Onların "qaraladıqları" hər hansı KİV-in nümayəndəsi jurnalist kimi idarə, müəssisə və təşkilata müraciət etsə, həmin qurumların rəhbərləri "KİV haqqında Azərbaycan Respublikası" qanununa tüpürüb o jurnalisti qapıdan qova bilərlər. Sabunçu rayon məhkəməsi də F. İbrahimovanın şikayətinə baxmamaqla böhtançılara münasibətdə olduqca dözümlü, tolerant mövqe sərgiləyir.

Mehman Ələkbəroğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.