Azərbaycan İdeyası

SUMQAYIT ŞƏHƏR RƏHBƏRLİYİNİN CAVABI ŞƏHİD AİLƏSİNİ QANE ETMİR

Tarix:3-04-2017, 09:37
Baxış Sayı:714

"Əliyeva Şairə Kitabulla qızının, Qarakişiyeva Səbinə İnşallah qızının və Dadaşov Ceyhun Xıdır oğlunun redaksiyamıza müraciətlərinə əsasən hazırlanaraq "Əliyevlər ailəsi Sumqayıt evlər idarəsində ölüm növbəsində" sərlövhəli məqaləyə Sumqayıt şəhər İcra Hakimiyyətində baxılmışdır". Qəzetimizin poçtuna daxil olmuş 25 yanvar 2017-ci il tarixli 86 saylı məktub bu cümlə ilə başlayır. Məktuba Sumqayıt ŞİH-nin birinci müavini cənab Faiq Kərimov imza atmışdır.
Məktubda bildirilir: "Müəyyən olunmuşdur ki, Əliyeva Şairə Kitabulla qızının əri Əliyev Şirəli Heydər oğlu 04.09.1991-ci il tarixdən "Qafqazenerjitəmir" İstehsalat Müəssisəsində ümumi əsaslarla mənzil növbəsində olmuş, müraciəti əsasında iş yeri üzrə mövcud olan mənzil uçotu 1999-cu ildə şəhid ailəsi imtiyazı nəzərə alınmaqla 17.06.1992-ci il tarixdən yaşayış yeri üzrə köçürülmüşdür. 09.02.2003-cü ildə Şirəli Əiyev vəfat etdiyindən güzəştli mənzil uçotu arvadı Şairə Əliyevanın müraciəti əsasında onun adına keçirilmişdir (Bunlar artıq bizə məlum olan həqiqətlərdir - red.).
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sumqayıt şəhərində inşa olunmuş yaşayış binasında 18.02.2012-ci il tarixdə mənzillərin bölgüsünü həyata keçirərkən Mənzil Məcəlləsinin 52 və 55.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Şairə Əliyevanın sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etməsinə hüquq yaradan əsasların aradan qalxdığı müəyyən edildiyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupunun onun uçotdan çıxarılmasının məqsədəuyğun olması barədə rəyi əsas götürülərək bölgünü həyata keçirən Nazirliyin komissiyası tərəfindən o, mənzillə təmin edilməmişdir. Qeyd edilənlər şəhər icra hakimiyyəti tərəfindən araşdırılmış və nəticədə Şairə Əliyeva mənzil uçotundan çıxarılmamış, onun güzəştli mənzil növbəsi yaşayış sahəsi əldə etməsinə hüquq verən əsasların yarandığı tarixə keçirilmişdir. Əliyeva Şairə Kitabulla qızının vəfat etməsi ilə əlaqədar olaraq ailə üzvlərinin müraciətinə əsasən güzəştli mənzil uçotunun saxlanılması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada baxıla bilər.
Yazıda adları qeyd olunan digərləri - Qarakişiyeva Səbinə İnşallah qızı və Dadaşov Ceyhun Xıdır oğlu isə hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər qismində mənzil uçotundadırlar".
Qeyd edək ki, bu cavab vət. Əliyeva Təranə Şirəli qızını qane etməmişdir. Məsələ burasıdır ki, məktubun ilk cümləsindəcə ciddi səhvə yol verilmişdir. Çünki qəzetimizə və Sumqayıt ŞİH-nin Evlər İdarəsinə müraciət edən Əliyeva soyadlı şəxs Şairə Kitabulla qızı deyil, onun övladı Təranə Şirəli qızıdır. Şairə Əliyeva məlum olduğu kimi, dünyasını dəyişmişdir. Sumqayıt şəhər rəhbərliyi bilərəkdən özünü elə göstərir ki, sanki, Təranə Əliyeva indiyədək bu məsələ ilə bağlı müraciət etməyib. Məktubdakı bu cümləyə bir daha diqqət yetirək: "Əliyeva Şairə Kitabulla qızının vəfat etməsi ilə əlaqədar olaraq ailə üzvlərinin müraciətinə əsasən güzəştli mənzil uçotunun saxlanılması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada baxıla bilər". Belə çıxır ki, Təranə Əliyeva güzəştli mənzil uçotunun saxlanılması üçün hələ bundan sonra müraciət etməlidir.
Məqalə Sumqayıt ŞİH tərəfindən oxunulubsa, demək, şəhər rəhbərliyi həmin yazıda yer alan digər xüsusatlardan da xəbərdardır. Həmin məqamların çoxuna isə çox hörmətli cənab Faiq Kərimov münasibət bildirməyib. Məsələn, keçən dəfədən bu sual hələ də cavabsız qalıb: "Maraqlıdır, görəsən niyə Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının strukturuna daxil olan bu şöbə vətəndaşların bir başa müraciətlərinə həssas yanaşmır ki, onlar da məlumat almaq üçün "dördüncü hakimiyyət" sayılan mətbuatın köməyinə ehtiyac duyur, məmurları "ictimai qınağa boğmaq" məcburiyyətində qalırlar? Burada yalnız bir məqsəd ola bilər: Şəffaflığı bilərəkdən təmin etməmək, ev növbəsində duranları məlumatsız saxlamaq və bununla da şəxsi maraqlar naminə növbədə duranlar arasında ayrı-seçkilik yaratmaq, ədalətlilik prinsipini pozmaq fürsətini qaçırmamaq".


Ceyhun Xıdıroğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb