Azərbaycan İdeyası

VƏTƏNİ QORUYANIN VƏTƏNDƏ EVİ YOXDUSA...

Tarix:5-04-2017, 12:53
Baxış Sayı:922

Vətən ilk növbədə doğma evdən başlayır. Vətəni qoruyan əsgərin evi yoxdusa, ailəsi kirayədə yaşayırsa, onun


VƏTƏNİ QORUYANIN VƏTƏNDƏ EVİ YOXDUSA...vətənpərvərliyinin də tam olması şübhəlidir. Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını təhlükəyə atan keçmiş döyüşçülərin isə indi evsiz-eşiksiz, sərgərdan qalması utanc verici haldır. Onları bu halda görən gənc nəsil hansı nəticəni çıxarmalıdır? Balakən rayonunun Mahamalar kənd sakini Mamedov İlham Həmzət oğlu redaksiyamıza ərizə ilə müraciət edib bildirir ki, 1992-ci ildən Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin yanvar ayında ayağından yaralanıb. 2011-ci ilin sentryabr ayında ona əlillik təyin olunub. 2010-cu ildə ailə qurub, 3 azyaşlı övladı var. Ailə qurduğu ildən birotaqlı şəraitsiz evdə kirayədə yaşayır. Mənzil almaq üçün aidiyyati qurumlara dəfələrlə müraciət etsə də, faydası olmayıb. Keçmiş döyüşçü problemini ictimailəşdirmək qərarına gəldiyi üçün KİV-in tribunasından istifadə etmək qərarına gəlib və redaksiyamızdan xahiş edir ki, onun səsi aidiyyati instansiya rəhbərlərinə çatdırılsın. Fikrimizcə, Mamedovlar ailəsinin hal-hazırki dözülməz şəraitinin yoxlanılması üçün ilk növbədə Balakənİcra Hakimiyyətinin mənzil şöbəsi və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə komissiya yaradılıb qərar qəbul edilməlidir. Həmin xüsusi ictimai komissiya şəraiti araşdırmalı, müqayisələşdirməli, müvafiq qərar qəbul etməlidir. Çox yaxşı olardı ki, heç olmasa, bu il igid döyüşçümüz mənzillə təmin olunsun, ya da heç olmasa, təmin olunacağına ümidlərini artıracaq qərar qəbul edilsin. Mövzuya qayıdacağıq. Faktı araşdırdı və çəkiliş etdi Zaqataladan bölgə müxbirimiz
Sadiq Fəxrddinoğlu


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb