Azərbaycan İdeyası

Ağcabədi rayonunda yol çəkmək də monopoliyadadır – Fakt

Tarix:6-04-2017, 09:10
Baxış Sayı:805

 Ağcabədi rayonunda yol çəkmək də monopoliyadadır – Fakt

Ağcabədidə yol çəkmək monopoliyada: Rəisin “Fərid Ağcabədi” MMC korrupsiyası Politika.Az-a verilən məlumata görə, tenderlərdə bir qayda olaraq “Fərid Ağcabədi” MMC qalib gəlir.
Vidadi Hüseynovun 33 saylı Yol İstismar İdarəsinə rəhbərlik etməsi oğluna məxsus şirkəti ön plana çıxarıb. Son illərdə 33 saylı Yol istismar İdarəsi və “Fərid Ağcabədi” MMC milyonlarla manatlıq tenderin qalibi olub.
Həyata keçirilən bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb.
Bu da onun varlanmasına gətirib çıxarıb. Vidadi Hüseynov bahalı avtomobil kolleksiyası ilə bərabər yanacaqdoldurma məntəqəsi də açıb. Bundan başqa, özünə məxsus asfalt zavodunu da yeniləyib.
Vidadi Hüseynov 33 saylı Yol İstismar İdarəsinin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıtdırır.
Politika.Az-a verilən məlumata görə, yol idarə müdirinin oğlu Fərid Hüseynovson model “RANGE ROVER” avtomobili idarə edir.
Ağcabədi rayonunda yol çəkmək də monopoliyadadır - Fakt
Bu biznes onları oliqarxa çevirib. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi. Mənbə qeyd edir ki, Vidadi Hüseynovun Bakı şəhərində 3 evi olduğu bildirilir.
Medianın yaydığı bu məlumatlar Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.
33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun işində yol verdiyi müxtəlif nöqsanlar dövlət büdcəsinə külli miqdarda ziyanın dəyməsi ilə nəticələnib.
Ağcabədi rayonuna yol çəkilişi məqsədilə ayrılan vəsaitlər amansızcasına mənimsənilir. Belə ki, bir müddət əvvəl Ağcabədi kəndlərinin yollarının təmiri üçün büdcədən 5 milyon manat vəsait ayrıldı.
Bu vəsait Ağcabədi rayon Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi sahəsi 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19 kmhisəsinin təmir edilməsi üçün nəzərdə tutulub.
Yolun təmiri üçün keçirilən tender isə 33 saylı Ağcabədi Yol İstismar İdarəsinə verilib. 33 saylı Yol İstismar İdarəsinin «əsaslı» təmir etdiyi 19 kilometrlik yolda çox ciddi maliyyə maxinasiyaları həyata keçirilib.
Ağcabədi ərazisində yolların əsaslı təmir edilməsi adı altında 650 462 manat pul köçürülmüş «Ağcabədi Fərid” MMC-nin sahibi Vidadi Hüseynovun oğlu Fuad Hüseynovdur. İdarə rəisi yol çəkilişi ilə bağlı həyata keçirilən tenderlərin bir çoxunu oğlunun rəhbəri olduğu şirkətə tapşırır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO