Azərbaycan İdeyası

Azərbaycanda ilkin əlillik təyin edilənlərin sayı 14 faiz azalıb

Tarix:21-10-2015, 17:11
Baxış Sayı:483

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/
Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları müzakirə olunub.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əhaliyə bütün sahələrdə xidmət səviyyəsinin yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursunun əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Nazir müavini bununla əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla icra olunmasının, habelə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir və şəffaf iş mexanizmləri əsasında qurulmasının nazirliyin əsas fəaliyyət prinsipi olduğunu, cari ilin ötən dövründə də bu yöndə işlərin məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
N.Məmmədov cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışını hesabat dövrünün əlamətdar hadisələrindən biri olduğunu vurğulayıb: “Əlilliyi olan şəxslərə Prezident qayğısının əyani nümunəsi olan bu mərkəz öz profilinə görə Cənubi Qafqazda analoqu olmayan bu müəssisədir. Mərkəz müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.