Azərbaycan İdeyası

Rövşən Lənkəranskinin qatili "mükafatını" alır: Obyektlərindən sonra bu dəfə status...

Tarix:17-05-2017, 11:33
Baxış Sayı:589

  Rövşən Lənkəranskinin qatili "mükafatını" alır: Obyektlərindən sonra bu dəfə status...

Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin qətlində adı hallanan Şeyx Həmzət artıq "oğru" statusunun bir addımlığındadır. Artıq Şeyx Həmzətin "taclandırılmasına" hazırıq gedir və ona "oğru" statusunun verilməsinə bəzi dairələrdən dəstək gəlib.
Əvvəllər R.Lənkəranskinin yaxın ətrafına daxil olan, ancaq daha sonra onunla münasibətləri pisləşən Həmzət Qasdəmirov adlı bu şəxs indi “tac”a iddialıdır.
Bu məsələdə Şeyx Həmzətə kriminal aləmdə "Valter" ləqəbi ilə tanınan Vaiko Dedceanın dəstək verdiyi bildirilir.
Xatırladaq ki, Lənkəranskinin ölümündən sonra onun qətlində başqa versiyalarla yanaşı məhz bu məqam da vurğulanıb. Lənkəranskinin qətlindən sonra onun xüsusilə Avropadakı bəzi obyektlərinin Şeyx Həmzətin nəzarətinə keçdiyi bildirilir.
Rövşən Caniyevin (Lənkəranski) ölümündən sonra Şeyx Həmzət Türkiyədən Almaniyaya gedib, ancaq tez-tez öz vətəni Çeçenistanda da görünüb. Son dəfə Qroznıda olanda o, ölümdən dönüb. Atılan güllələr Şeyx Həmzətin mühafizəçisinə dəyib. Ona qarşı sui-qəsdin də arxasında meyvə-tərəvəz bazarları uğrunda mübarizə dayanır.
Qasdəmirov hazırda Almaniyada yaşyır.Onun "taclandırılması" təşəbbüsünü Valter qaldırıb və nüfuzlu "qanuni oğru" Əzizdən dəstək istəyib. Əziz dəstəyini nümayiş etdirəcəyini, ancaq təşəbbüslə özünün çıxış etməyəcəyini bildirib. (Cebhe.info) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb