Azərbaycan İdeyası

İşıqforların vaxtı dəyişdiriləcək - Yaşıl işıq çox yanır

Tarix:22-10-2015, 10:19
Baxış Sayı:446

Bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır.

"Korrupsiya və qanun" qəzetinin aldığı məlumata əsasən İşıqforların vaxt planında dəyişiklik ediləcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək. Qış aylarında qarın yağması nəzərə alınaraq işıqforların vaxtında müəyyən dəyişiklik olacaq. Çünki bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır. Qarlı havada isə maşınlar yavaş hərəkət etdikləri üçün işıqfora gec çatırlar. Bu da yaşıl işığın boş yerə yanmasına səbəb olur. Elə bunları nəzərə alaraq bir sıra dəyişiklərin olacağı gözlənilir. Daha çox nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərdə isə işıqforların yaşıl işığının uzun müddətli yanması planlaşdırılır. Məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.
Hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı barədə isə yaxın vaxtlarda məlumat veriləcək. İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq. İşlərə isə noyabr ayı ərzində başlanılacaq./avtosfer [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.