Azərbaycan İdeyası

Ömürlük həbsdə olan “OMON”-çu aclıq aksiyasına başlayır

Tarix:24-05-2017, 15:38
Baxış Sayı:655

  Ömürlük həbsdə olan “OMON”-çu aclıq aksiyasına başlayır

Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya məktub göndərərək, mayın 30-da aclıq aksiyasına başlayacağını bildirib.
O, eyni müraciətlə həmçinin ombudsman Elmira Süleymanovaya da məlumat verib.
Elçin Əmiraslanov Qarabağ müharibəsində aldığı yaraların onu çox incitdiyini, sudurğa, epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini , ona heç bir tibbi yardımın göstərilmədiyini bildirib. O, həmçinin bildirir ki, 21 ildən çoxdur həbsdədir, dəfələrlə məhkəmələrə, o cümlədən Ali Məhkəməyə müraciət edib, lakin onun cəzasının dəyişdirilməsi ilə bağlı məsələyə baxmaq istəməyiblər, indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Elçin Əmiraslanov dövlətə xidmət etməyə, Qarabağ döyüşlərində yenidən iştirak etməyə hazır olduğunu bildirir, lakin bu haqsızlıqlara dözməyərək, son vasitə kimi aclıq aksiyasına başlamaq istədiyini qeyd edir.(musavat.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO