Azərbaycan İdeyası

AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN TÜRK ŞİRKƏTİNDƏN "BİR MİLLƏT, İKİ DÖVLƏT" QARDAŞLIQ PRİNSİPİNƏ XƏYANƏT

Tarix:26-05-2017, 13:30
Baxış Sayı:514



Socar Polymer Company-nin sahib olduğu Sumgayit Polipropilen İstehsal Təsisləri bu sahədə Azərbaycanda reallaşdırılan ilk istehsal təsisi olaraq, plastik bazarının bu sahəsində də istehsal imkanı təmin etməyi, ölkənin petrokimya məhsulları tutumunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Polipropilen, qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil, elektronik və elektrik alətləri və digər bir çoxları kimi çox geniş bir tətbiq sahəsində istehlak malı istehsalına yarayan bir ana maddədir.

Tərəflər arasında bağlanmış Müqavilə, 180,000 ton/il tutumlu Polipropilen Təsislərinin lazımlı infrastruktur və xarici modulları ilə birlikdə reallaşdırılması ilə əlaqədardır. MAIRE TECHNIMONT Qrupu, Bakının 30 km şimalında, Sumgayit Petrokimya Kompleksi sahəsində reallaşacaq olan Proyekti, götürü olaraq dizayn, təmin və inşaat (EPC) şəklində etməyi boynuna götürmüşdür. ÜSTAY, Proyektin torpaq işləri, zəmin payaları, inşa işləri, mexaniki elektrik və alət montaj işlərindən məsul olacaq. Ayrıca, ön-dövrəyə al/götürmə və dövrəyə al/götürmə işləri də ÜSTAY öhdəsindədir.
İndi isə gəlin görək, qardaş ölkəni təmsil edən ÜSTAY Yapi Taahhüt və Ticaret Anonim şirkəti azərbaycanlı işçilərinə necə münasibət sərgiləyir:
Qubadlı rayonunun Xaçik kəndində qeydiyyatda olan, hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki köhnə Qaz İstrismar İdarəsinin inzibatı binasında məskunlaşan Nəzərli Elgün Əli oğlu, Sumqayıt şəhəri 18-ci mkr. bina - 6, ev - 102 ünvanda yaşayan Məmmədyarov Çingiz Hacıbaba oğlu, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, yataq - 1, Səməd Vurğun küçəsi, otaq - 25, ev - 22 ünvanda qeydiyyatda olan Səfərov Emin Nizami oğlu redaksiyamıza ərizə ilə müracət edərək bildirmişlər ki, sözügedən şirkətin Azərbaycan nümayəndəliyində işə düzəliblərmiş. Hətta şirkətin fəaliyyətində bəzi qanuna uyğun olmayan halları müşahidə etsələr də, ailələrinin dolanışığını təmin etmək xatirinə, işi itirmək istəmədiklərindən susmağa məcbur olublarmış.
Şikayətçilərin sözlərinə görə, türk şirkətinin təmsilçiləri ilə azəri zəhmətkeşlər arasında təqvimin əlamətdar günlərinin mahiyyəti müstəvisində də fikir ayrılıqları olurmuş. Məsələn, 11 dekabr 2016-cı il tarixdə Türkiyədə törədilmiş terror aktına görə ertəsi gün - 12 dekabrda şirkət mənsubları terror qurbanlarına görə anım tədbiri keçiriblər. Tədbirə sayğı ilə qatılan azərilər xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin anılmasını da təklif ediblər. Lakin türkiyəlilər bu təklifə məhəl qoymayıb onlara hədə-qorxu gəlblər.
Ərizə müəllifləri yazırlar ki, çalışdıqları istehsal sahəsinin ayaqyolunda divara türk dilində Azərbaycan millətinin ünvanına təhqiramiz ifadələr yazıldığını görüb narazılıqlarını bildiriblər. Həmin nalayiq hərəkəti törədən şəxsin tapılıb məsuliyyətə cəlb olunmasını rəhbərlikdən tələb ediblər. Məhz bu səbəbə görə də onları 30 mart 2017-ci il tarixdə heç bir xəbərdarlıq etmədən işdən çıxarıblar.
Şikayətçilər redaksiyadan bu məsələnin ictimailəşdirilməsini, problemin aidiyyati qurumlara çatdırılmasını, onların iş yerlərinə bərpasına yardımçı olmağı xahiş etmişlər.
Redaksiya olaraq, yazılmış və yazılmamış qanunlarımızın pozulması problemi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə, Türk İş Adamları Birliyinə (TÜSİAB), AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətindəyik.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb