Azərbaycan İdeyası

övlət Yol Polisi İdarəsi tənqidi, müstəqil təhqiqatın və vətəndaş sorğularının nəticələrini qəbul etmir

Tarix:26-05-2017, 13:37
Baxış Sayı:304



Beyləqan rayonu, Şərq qəsəbə sakini Hacıyev Cahid Xanbala oğluna qarşı Beyləqan RPŞ DYP Bölməsinin əməkdaşlarının qannsuz hərəkətləri barədə məqalə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən guya araşdırılmışdır. Bu barədə BDYPİ-dən redaksiyamıza ünvanlanmış 14.04.2017-ci il tarixli 016-41359-1217 nömrəli ikinci məktubda da 06.02.2017-ci il tarixdə aldığımız birinci cavab demək olar təkrarlanmışdır:
"Müəyyən olunmuşdur ki, 15.11.2016-cı il tarixdə vət. C. Hacıyev "QAZ 3302" markalı 19-BF-671 dövlət qeydiyyat nişanlı avtomobili Bəhrəmtəpə-Horadiz yolunun 28-ci km-də idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 73-cü maddəsinin IV hissəsinin 1-ci bəndinin tələbinə əməl etməyərək, işıq cihazlarından istifadə qaydasını pozduğuna görə YPX inspektoru Ü. Hüseynov tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.1 və 97-ci maddələrinin tələblərinə əsasən avtomobil mühafizə olunan duracağa yerləşdirilmiş və barəsində Məcəllənin 332.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü protokolla və avtomobildə hər hansı bir qiymətli əşyanın və ya pulun olmaması ilə bağlı tərtib edilmiş aktla razılaşaraq imza etmişdir..."
Məktubda həmçinin bildirilir ki, Beyləqan prokurorluğunda aparılmış araşdırma zamanı DYP əməkdaşları tərəfindən vət. C. Hacıyevə qarşı qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilmədiyindən, müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığına görə material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 13.02. 2017-ci il tarixdə qərar qəbul olunmuş, nəticəsi barədə ona məlumat verilmişdir.
Beləliklə, təəssüf ki, təxminimiz özünü doğrultdu: Bu məsələdə polis həmrəyliyi üstün tutuldu və BDYPİ mənsubları araşdırmanın yekun nəticəsində öz paqon yoldaşlarının tərəfini saxladılar.
Xatırladaq ki, bu mövzuda daha əvvəl qəzetimizdə "Beyləqan polisinin qəzəbinə tuş gəlmiş ailənin dramı", "Baş DYP İdarəsi adamdöyən əməkdaşının "ayağını tapdalamadı" sərlövhəli tənqidi məqalələr dərc olunmuşdur.
Bir çox polis xidmətləri tənqidi və müstəqil təhqiqatın və vətəndaş sorğularının nəticələrini qəbul etmirlər və sonucda öz maraqlarını cəmiyyətin marağından üstün tuturlar. Ona görə də polis korrupsiyası, özbaşınalığı və qanunsuzluqların digər formaları ilə hakimiyyətin ciddi məşğul olduğu görünməlidir. Polis işçilərinin vəzifələr üzrə seçilməsi, kim kimi tanıyır əsasında yox, bütün təyinatların bacarıqlar və uyğunluq (təcrübə, şəxsiyyət və s.) əsasında aparılmasını təmin etməlidir. Polis işçilərinin təyinatı üçün öncədən müəyyən edilmiş kriteriyalar olmalıdır, o cümlədən, tələb olunan minimum təhsil standardları.
Bir çox dövlətlərin hakimiyyəti polisin qadın və kişi cinsində olan işçilərinin sayını dəyişməklə polis korrupsiyasını azaltmağı düşünürlər. 1990-cu illərdə, Mexiko şəhərinin hakimiyyəti yol polisi arasında ciddi korrupsiya problemini həll etmək üçün bütöv xidməti tam qadınların ixtiyarına vermişdir. Qadın və kişilər arasında əlaqə və inam həmişə eyni cinsdən olanlar arasındakı kimi güclü olmur –ona görə də ən yaxşı struktur, polis xidmətində qadın və kişilərin sayının bərabərliyini təmin etməkdir ki, onlar bir-birinə nəzarət edə bilsin.
İctimaiyyət üçün edilən kampaniyalar tez-tez korrupsiyanın azaldılması və ya hətta kökünün kəsilməsi vədləri ilə edilir. Amma ictimaiyyət görəndə ki, heç bir və ya az dəyişiklik olmuşdur, o zaman hadisələr belə bir inama gətirir ki, kampaniyanı aparanlar ya bu işə yararlı deyillər, ya da onlar siyasi qazanclar naminə xalqı aldatmağa cəhd etmişlər. Bu ikinci növ kampaniyanın təsirli olması üçün, onlar qısa, qəti, hərdənbir hallarda olmalı və görünən nəticələri göstərilməlidir (korrupsiyaya görə və ya vəzifədən sui-istifadəyə görə günahkar sayılan yüksək vəzifəli polis işçisinin ciddi cəza aldığını yaxşı işıqlandırmaqla).
Polis korrupsiyasının cilovlanması və azalması üçün bütün maraqlı tərəflərin cəlb olunması və onların möhkəm dəstək verməsi vacibdir. Hökümət idarələrinin qəbul etdiyi anti-korrupsiya tədbirləri, əgər ictimai rəy bu işdə dəstəkli deyilsə və ya anti-korrupsiya tədbirlərinə qarsıdırsa, yetərli deyil. Maraqlı tərəflər deyəndə siyasi rəhbərlik, hökümət bürokratiyası, QHT-lər, BT-lar, BQHT-lər, kütləvi informasiya vasitələri, geniş ictimaiyyət və polisin özü nəzərdə tutulur.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb