Azərbaycan İdeyası

İCRA XİDMƏTİ YERDƏ İTİRDİYİNİ GÖYDƏ DƏ OLSA AXTARMALIDIR

Tarix:26-05-2017, 13:37
Baxış Sayı:370



Məhkəmə icraçıları məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati hüquqpozmalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər orqanların qanunvericiliklə icrası məhkəmə icraçılarına həvalə edilmiş aktlarının icrasını həyata keçirirlər. Vəzifəyə təyin edilərkən məhkəmə nəzarətçisi və məhkəmə icraçısı aşağıdakı məzmunda and içirlər: "Öz səlahiyyətlərimi həyata keçirərkən Azərbaycan Respublikasınıln Konstitusiyasına və Azərbaycan Respublikasının digər qanunlarına ciddi əməl edəcəyimə, məhkəmə nəzarətçisi (məhkəmə icraçısı) vəzifəsini düzgün və vicdanla yerinə yetirəcəyimə and içirəm".
Ancaq müşahidələr, yerlərdən eşidilən şikayətlər göstərir ki, heç də bütün məhkəmə icraçıları içdikləri anda sadiqlik göstərmirlər.
Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi, ev-26, mənzil-82 ünvanda qeydiyyatda olan, hal-hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Məmmədova Aynurə Rəsul qızı redaksiyamıza göndərdiyi ərizədə yazır ki, 17. 02. 2004-cü ildə Əliyev Şaiq Zahid oğlu ilə rəsmi nikaha daxil olublar. Bu nikahdan onların iki övladı - 15.12.2005-ci il təvəllüdlü oğlu Əliyev Tural Şaiq oğlu və 04.01.2005-ci il təvəllüdlü Əliyeva Ləman Şaiq qızı dünyaya gəlib. Bu nikah 2013-cü il fevral ayının 6-da rəsmi qaydada pozulmuşdur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə oğlan uşağına 158, qız uşağına 80 manat məbləğində aliment təyin olunmuşdur. Həmin alimenti ödəmədiyinə görə, Əliyev Şaiq Zahid oğlunun barəsində məhkəmə qərarına əməl etmədiyinə görə Ağdam rayon icra şöbəsi tərəfindən 18.06.2015-ci il tarixdən axtarış elan olunmuşdur. Aynurə Məmmədova bildirir ki, axtarış elan olunandan iki il vaxt ötsə də, onu tapa bilmirlər. Şikayətçi bu qənaətdədir ki, keçmiş ərinin axtarışının nəticəsiz qalması icra məmurlarının onun tapılmasında maraqlı olmaması, yaxud, tapılmamasında maraqlı olması səbəbindəndir. Odur ki, problemin KİV ilə ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
O da doğrudur ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi icra və xidmət intizamını pozan əməkdaşlarını cəzalandırır, ədliyyə orqanlarından xaric edir, hətta bəzən qanunazidd fəaliyyətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış materialı Baş Prokurorluğa göndərir. Cəzalandırılan icra məmurları sırasında vəzifədən azad edilənlər və digər formalarda intizam tənbehi alanlar da olub. İcra məmurları vətəndaşların hüquqlarının pozulması, vətəndaşın bank vasitəsilə ödəməli olduğu ödənişin icra məmuru tərəfindən alınması, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu qaydalarının pozulması, vətəndaşlarla kobud rəftar edilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməməsi səbəbindən cəzalandırılırlar. İnanmaq istəyirik ki, məqalə işıq üzü görəndən sonra aidiyyati qurumlar iki uşaq atasının tapılıb aliment ödəməyə məcbur edilməsi üçün səylərini əsirgəməyəcəklər. Göyə çəkilməyəcək ki?!
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb