Azərbaycan İdeyası

NİGAR RƏFİBƏYLİNİN BARELYEFİ ÜZƏRİNDƏ LAQEYDLİK DUMANI

Tarix:26-05-2017, 13:38
Baxış Sayı:455



Məlum olduğu kimi, ötən il fasadındakı mozaikanın sökülməsi ilə gündəmə gələn Bakı Slavyan Universitetinin mozaikaları bərpa edilir. Universitetin mətbuat xidməti məsələyə aydınlıq gətirərkən elə açıqlama verib ki, guya keçən il mozaik panno hələ söküləndə onun daha keyfiyyətli materialla yenilənəcəyi nəzərdə tutulubmuş. Halbuki, Nurlana Əliyeva rektor təyin ediləndən sonra universitetin giriş hissəsində Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı verdiyi qərar ictimaiyyət arasında etirazla qarşılanmışdı. O vaxt xanım rektor mozaikaları lazımsız hesab etmiş, qınaqlara tuş gəlməsinə baxmayaraq bərpa planından danışmamışdı. Təhsil Nazirliyi isə mayın 4-də məlumat yaydı ki, BSU-nun binasının fasadındakı mozaika prezident İlham Əliyevin tapşırığına əsasən bərpa olunub.
Xatırlayırsınızsa, bu ilin fevralında varvarizmə hədəf olaraq yerindən götürülən Mikayıl Müşfiq heykəli də məhz dövlət başçısının müdaxiləsi sayəsində xilas oldu, martın 27-də əvvəlki yerinə qaytarıldı.
Bütün bunlar göstərir ki, möhtərəm Prezidentimiz İlham Əliyev tarixi və mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması məsələsində tərəqqipərvər ictimaiyyətlə bir yerdədir. Ancaq bu yerdə bir sual meydana çıxır: Yalnız öz ciblərini doldurmaqla qayğılanan, şəxsi maraqlarını dövlətin və cəmiyyətin mənafeyindən üstün tutan harın məmurların laqeydliklərindən, səhlənkarlıqlarından, korruptiv addımlarından irəli gələn neqativ hallar nə vaxtadək məhz Prezidentin məsələyə münasibət bildirməsindən sonra aradan qaldırılacaq? Ümumiyyətlə, belə barbarlıq aktlarının hamısı vaxtında aşkarlanırmı, cəmiyyət bu cür halların hamısına vaxtında reaksiya verirmi?
Dəyərli qələm həmkarımız Səhər Şıxəli Manaf (Manafova Səhər Manaf qızı) işlədiyi "Yeni tərəqqi naminə" qəzetində dərc olunmuş məqaləsində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 267 saylı uşaq bağçasının girişində qoyulmuş xalq şairi Nigar Rəşibəylinin xatirə lövhəsinin baxımsız qaldığını, lövhənin üzərindəki tanıtım yazısının demək olar ki itdiyini, bağça müdirəsinin və rayon rəhbərliyinin bu məsələyə biganəliyini gündəmə gətirib. Məqalənin adı ("Vicdanı duman alanda...") da N. Rəfibəylinin məşhur şeiri ("Dağları duman alanda...") ilə səsləşir.
Səhər xanım bizim redaksiyamıza da müraciət edərək toxunduğu problemi ictimailəşdirməkdə ona dəstək olmamızı xahiş edib: "Yağışın nə qədər çirkabları yuyub apardığını bilirik. Yağışdan sonra göbələklərin çoxaldıını da...
N. Rəfibəylinin unudulub dünyanın "Günəşli" adlı qaranlıq bir küncünə atılan barelyefi haqda verdiyim yazıdan sonra neçə kərə yağış yağdı, nə qədər göbələk bitdi - düzü, saymadım. Amma bu müddət ərzində nə qədər can atsam da, bir dəfə də olsun Suraxanı rayon İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin müdiri Barxudar müəllimin qəbuluna düşə bilmədim. Hər dəfə gah ilin yekunu, gah ilin əvvəli ilə bağlı iclasda, gah konfransda və s. olduğunu dedilər.
Əlimə dəsmal alıb barelyefin üstünü təmizləməkdən özümü güclə saxlayaraq fikirləşirəm ki, növbəti təmirdə biçarə fəhlələr yenə onu ağardacaqlar. Nə edək? Barelyefi kim təmizləsin, kim qorusun Azərbaycan ədəbiyyatının Nigar Rəfibəylisinin xatirəsini?"
"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub