Azərbaycan İdeyası

Bakı şəhər prokurorluğu polisin dələduza bayram hədiyyəsi olan qərarını ləğv edəcəkmi?

Tarix:26-05-2017, 13:41
Baxış Sayı:669



Sadiq oxucularımız xatırlayarlar, vətəndaş Həsənov Əli Mükafat oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsi və həmin ərizə ətrafında apardığımız araşdırmalar əsasında qəzetimizdə "SABUNÇU POLİSİ STATİSTİKAYA İŞLƏYİR" sərlövhəli birinci, "POLİSƏ "HÖRMƏT"SİZLİK EDƏNİN ŞİKAYƏTİNƏ BAXILMIR" başlıqlı ikinci yazı dərc olunmuşdur.
Xatırladırıq ki, vət. Əli Həsənov 2015-ci il dekabr ayında internetdə gördüyü elanın izi ilə Rzayev Zaur Mobil oğlunun "Qazel" markalı avtomaşını satın almaq üçün ona 3300 manat pul vermiş, sonucda ikinci ona nə maşını vermiş, nə də pulunu qaytarmışdır. Lakin Əli Həsənovun 23 dekabr 2016-cı ildə şikayət etdiyi Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Mahir Şahverənov icraatında olan şikayət ərizəsi üzrə materialı nəzərdən keçirərək, işi "aidiyyati" üzrə Nizami rayon Polis İdarəsinə göndərilməsi barədə qərar çıxarmışdır. Polis mayoru qərarını CPM-nin 216.1 maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Qərarda göstərilmişdir ki, vətəndaş Həsənov Əli Mükafat oğlunun Rzayev Zaur Mobil oğluna ilkin oalraq ödədiyi 1800 manat pulu Qarayev prospekti-22 ünvanın yerləşdiyi Nizami rayonunda verdiyinə görə toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nə göndərilməlidir.
Bu mövzuda yazdığımız birinci məqalədə vət. Əli Həsənovun 2016-cı ilin dekabr ayından polis strukturlarının "ötür-ötür" oyunlarının qurbanına çevrilməsinin səbəbini izah etməyə çalışarkən, belə bir mülahizə irəli sürmüşdük ki, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin hesabat ilinin sonunda açılmamış cinayətlərin üzərinə yöndəmsiz əlavələrin edilməsini əngəlləmək meylləri vardır. Ə. Həsənovunsa şikayət ərizəsi məhz ilin sonuna bir həftə qalmış verilmişdir. Yəni, toplanmış material üzrə cinayət işi açılsaydı, ilin sonuna kimi açıq qalacaq və mənfi statistikaya əlavə olunacaqdı.
Əli Həsənovun ərizəsi üzrə iş "aidiyyati" üzrə Nizami rayon Polis İdarəsinə göndəriləndən sonra şikayətçini Nizami rayon 25-ci Polis Bölməsinin Zamin adlı təhqiqatçısı çağırtdırıb ərizəsini alıb. Sonra şikayətçi vəziyyətinj nə yerdə olduğunu öyrənmək üçün ona zəng vuranda bildirib ki, Zaurun yerini öyrənə bilmədiyi üçün işi 23 yanvar 2017-ci il tarixdə istintaqa verib. Lakin təhqiqatçı nədənsə Əli Həsənova deməyib ki, 20 mart 2017-ci il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Görünür, təhqiqatçı bayramın günündə şikayətçinin qanını qaraltmaq istəməyib. Di gəl, Zaur Rzayevin əməlinin dələduzluq olduğu qənaətində olan Əli Həsənov Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında polis qərarının mövcudluğu barədə məlumatı da biz BBPİ-nin redaksiyamıza 22 mart tarixdə ünvanladığı, lakin arada xeyli qeyri-iş günləri keçdiyindən gec gəlib yetişən cavab məktubundan öyrəndik. İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəsinin imazaladığı həmin məktubda həmçinin qeyd olunmuşdur ki, Əli Həsənovun müraciətində göstərilən xüsusatlar və digər halların tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 mart 2017-ci il tarixli qərarın ləğv edilməsi üçün Bakı şəhər Prokurorluğu qarşısında vəsatət qaldırılmış, müraciət cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq vəsatətlə Bakı şəhər prokurorluğuna göndərilmişdir.
Öyrənməyə çalışacağıq, Bakı şəhər prokurorluğu polisin dələduza bayram hədiyyəsi olan qərarını ləğv edibmi, ya yox? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.