Azərbaycan İdeyası

ZAQATALA ARXİVİNİN "ƏRƏBZƏNGİSİ

Tarix:26-05-2017, 13:43
Baxış Sayı:8 546

" Ümummilli lider Heydər Əliyev deyirdi: "Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir". Bu sözlər arxiv işində çalışanların üzərinə böyük məsuliyyət qoysa da, həmin məsuliyyəti dərindən dərk etməyənlər də az deyil. Arxiv işçilərinin etik davranış qaydalarında göstərilir ki, "...Dövlət qulluqçusu Azərbaycan Respublikası milli arxiv fondu sənədlərinin qorunması, arxiv sənədlərinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada verilməsi ilə əlaqədar müraciət edən hüquqi və fiziki şəxslərin müraciətinə baxarkən və ya qərar qəbul edərkən obyektiv olmalı, heç bir təzyiq və təsirə yol verməməli, həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb etməməlidir. Sözsüz ki, Milli Arxiv İdarəsinin Zaqatala rayon Şöbəsinin müdiri Mustafayeva Mahirə xanım da bu qaydalardan xəbərdardır. Amma... Zaqatala rayonunun Danaçı kənd sakini Qurbanov Nusabi Mollamuhuma oğlu redaksiyamıza yazdığı ərizəsində bildirir ki, 2014-cü ilin sentyabr ayının 1-də pensiya yaşı çatdığı üçün Zaqatala rayon Arxiv İdarəsinin işçisi Hacı müəllimə müraciət edərək, əmək stajını təsdiqlətdirmək üçün arayış verməsini xahiş edib. Ərizədən oxuyuruq: "Hacı müəllim arayışdan ötrü məndən 300 manat pul tələb etdi və bu məbləği verməyəcəyim halda mənə dövlətimizin ayırdığı pensiyanın verilməyəcəyini söylədi. Mən həyətimdəki 1 baş iribuynuzlu heyvanı satdım və 300 manatı düzəldib Hacı müəllimə verdim. O, mənə arayış verdi və mən həmin arayışı pensiya idarəsinə (DSMF rayon şöbəsinə - red.) təqdim etdim. İdarənin işçisi Bahəddin müəllim sənədi məndən götürmədi və dedi ki, arayış düzgün deyil, birində stajım az, digərində çox göstərilib". Qurbanov yazır ki, Hacı müəllimin verdiyi arayışlardakı nöqsanlar ona 2000 manata başa gəlib. Üç ildən çoxdur ki, get-gəldədir, bütün bu illərdə pensiyasını ala bilməyib. Odur ki, ərizəçi qarşılaşdığı problemin qəzet səhifəsində işıqlandırılaraq ictimailəşdirilməsini, aidiyyəti instansiyaların diqqətinə çatdırılmasını redaksiyamızdan xahiş etmişdir. İş materiallarında olan, Zaqatala rayon Dövlət Arxivindən verilmiş 01.08.2014-cü il tarixli, 584 (a) saylı birinci və 11. 04. 2016-cı il tarixli, 515 saylı ikinci arayışı da arxiv müdiri Mahirə Mustafayeva öz imzası və möhürü ilə təsdiqləmişdir. Bölgədəki əməkdaşımız arxiv müdiri ilə məsələ barədə danışmaq istəyəndə o, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, "KİV haqqında" AR Qanununa hörmətsiz yanaşaraq jurnalisti kobud şəkildə qovmuşdur. Əməkdaşımız redaksiya rəhbərliyinə bu barədə məruzə edəndən sonra arxiv müdiri ilə bu dəfə baş redaktor telefon əlaqəsi saxlayıb. Mustafayeva qəzet adı çəkilən kimi dəstəyin o başında özündən çıxdı: "Sizin müxbiriniz gəlib burda məni hədələyir, şantaj edir..." Sonra da daha bir neçə anlaşılmayan rabitəsiz ifadələr işlədərək telefonu qapadı. Əminik ki, əməkdaşımız arxiv müdirinə jurnalist etikasından kənar, necə deyərlər, "güldən ağır" bir kəlmə də deməyib. Ancaq Mustafayevadan işçimizin, hətta bütün həmkarlarımızın ünvanına hər nə desəydi eşitməyə hazır idik. Təki müəmmalı arayışlarla bağlı süalımızı cavablandıraydı. Mahirə xanım nə qədər öz işində mahir olsa da, o cavabı verməyə gücü çatmadı. Qısası, Zaqatala Arxivindən vətəndaşlara təsdiqlənmış surətini çıxarmaq istədikləri bütün "kötük" sənədlərə görə "hörmət" umulur. Mahirə xanımın şərtlərinə boyun əyməyənlərsə, süründürməçiliklə üzləşir, şöbənin qapısı qarşısında həftələrlə vaxt itirməli olurlar. Vətəndaşlar əsasən ( Məsələn, bizim misalda göründüyü kimi) pensiyaya çıxmaq üçün keçmış iş yerlərindəki məvacibləri haqda məlumatların təsdiqi və rayon üçün xarakterik olan dağılmış sovxozların işçilərinə verilmiş torpaq sahələrinin aktlarına görə müraciət edirlər ki, bu işlər də adətən operativ icra tələb etdiyindən tələsik həyata keçirilir. Ona görə də "Ərəbzəngi qılıncı"nın altından keçməyə, şöbə müdirinin şərtlərinə boyun əyməyə məcbur olurlar
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
cshang 16 iyul 2017 16:12
Жалоба
Aside from a top edit of the luxury brands, all the high Cheap Longchamp street heroes are also present and correct. My excitement at seeing rails of Rosie for Autograph undies in was squeal inducing, and I quickly michael kors outlet uk restocked my underwear draw at £12 per set. Next was a world away from the Boxing Day scrum horrors, with a special section that includes current collections that you would see in store at ralph lauren outlet uk reduced prices. It was a very welcome surprise to see mid range favourites such as designer replica handbags Hobbs, Coast, French Connection and Jigsaw, perfect for a working wardrobe update.
ANTHONY 23 avqust 2017 12:50
Жалоба
tes saja lah
home c
undangan pernikahan
undangan pernikahan simple
undangan pernikahan islami
undangan pernikahan unik
undangan pernikahan murah
undangan pernikahan online

home n http://www.undangancinta.com
home b undangan pernikahan

HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO