Azərbaycan İdeyası

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Tarix:30-05-2017, 10:56
Baxış Sayı:863

 “Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”


Vəfa Əkbər: “Belə olarsa, psixoloqlar da öz işinin öhdəsindən mükəmməl gələr”
Son vaxtlar orta məktəblərdə şagirdlər arasında ölümlə nəticələnən zorakılıq hallarının artması cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Maraqlıdır, şagirdlər arasında zorakılığın artması məktəblərdə psixoloji işin yenidən qurulmasını, bu sahəyə daha böyük diqqət yetiməyi zəruri edirmi?
Moderator.az-a açıqlama verən psixoloq Vəfa Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Məsələ bundadır ki, böyüyən nəslin həmişə dəstəyə ehtiyacı olub. Bu dəstəyi təmin etmək isə ilk növbədə ailənin, ikincisi müəllimlərin üzərinə düşür. Əgər hər hansı bir uşaq bu dəstəyi görmürsə, onda doğru dəyərlər sistemi formalaşmırsa, uşaqda motivasiya, məqsəd və ona yönəlik yolda mübarizə aparmaq səyi dəstəklənmirsə, o zaman həmin uşaq boşluqda qalır. Boşluqda qalan hər bir insan isə yaşından asılı olayaraq dəyərlər sistemi boş olduğu üçün qarşısındakı insana o qədər də mərhəmətli olmur. O, tez-tez aqressiya sərgiləyəcək, etikadan kənar ifadə və hərəkətlərə meyilli insan olacaq.
Bu, həm də sosial gərginliyin göstəricisidir. Çox vaxt valideynlərin gərginliyi, işsizliyi evdə elə bir atmosfer formalaşdırır ki, uşaqlar özlərində dəyərlər sistemini formalaşdırmağa belə cəhd göstərmirlər. Düşünürlər ki, həyat problemlərlə doludur, mən hələ çoxlu problemlərlə qarşılaşacam və s. Bu cür gərginlik içərisində olduqları üçün onlarda gələcəyə inam olmur. Bu cür uşaqlar aqressiya ilə dolu olurlar.
Bu cür uşaqlarla bağlı seminarlar təşkil edilməli, psixoloqların məktəbdə uşaqlarla görüşləri olmalıdır. Psixoloqlar ildə bir dəfə uşağa yaxınlaşmamalıdır. Hər bir uşaq daim psixoloqun nəzarətində olmalıdır. Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha məqsədəuyğun olar. Bu, pisxoloqun da işini asanlaşdırar. Müəyyən bir bölgü olar. Ibtidai siniflərə, yeniyetmələrə və yuxarı sinif şagirdlərinə ayrı-ayrı psixoloqların nəzarət etməsi daha faydalı olar. Belə olarsa, psixoloqlar da öz işinin öhdəsindən mükəmməl gələr”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb