Azərbaycan İdeyası

Qaçqınların pullarını “Qaçqınkom” rəhbərliyi hara sərf edir? – İTTİHAM VAR

Tarix:5-06-2017, 16:02
Baxış Sayı:422


 Qaçqınların pullarını “Qaçqınkom” rəhbərliyi hara sərf edir? – İTTİHAM VAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, habelə, onun yaxın qohumu, “Qaçqınkom”un departament rəhbəri Elman İsmayılovun məcburi köçkünlərə məxsus vəsaitləri öz şəxsi bizneslərinin inkişafına yönəltdikləri ilə bağlı ölkə mətbuatında çoxlu sayda məqalə dərc edilməkdədir. KİV-də yer alan məqalələrdən də göründüyü kimi, qaçqınların sosial problemlərinin həlli ilə məşğul olmalı olan “Qaçqınkom” rəhbərliyi dövlətin onlara verdiyi yetkidən istifadə edərək öz şəxsi problemlərinin həlli istiqamətində fəaliyyət göstərir, dövlət vəsaiti hesabına öz biznes imperiyalarını günü-gündən genişləndirirlər. Bununla bağlı ötən gün redaksiyamızı bilgiləndirən məlumatlı mənbə hər iki qohumun – Əli Həsənov və Elman İsmayılov ikilisinin dəyəri milyonlarla ölçülən fermer təsərrüfatlarının yaradılması prosesinə start verdiyini bildirib. Mənbənin sözlərinə görə, Bakı kəndlərində yaradılan fermer təsərrüfatları öz böyüklüyü və çoxçeşidliyi ilə diqqət çəkir.

Sovet tövlələrində “çiçəklənən” nazir təsərrüfatı

Məlumatlı qaynağın sözlərinə görə, hər iki dövlət yetkilisi fermer təsərrüfatlarının inkişafı üçün daha çox sovet dönəmindən qalan təsərrüfat obyektləri və torpaqlardan istifadə edir: “Son vaxtlar Bakıətrafı ərazilərdə sovet dönəminə məxsus ferma və torpaqların E.İsmayılov tərəfindən ələ keçirilməsi və tamamilə sökülməsi prosesi müşahidə edilməkdədir. Sovet dövrünə məxsus tövlələri sökən, ərazini qalınlığı yarım metrə çatan hündür beton hasarlarla əhatələyən “Qaçqınkom” yetkilisi keçmiş ferma torpaqlarında müasir tövlələr inşa etməkdədir. Artıq tikintisi aparılan bu tövlələrin inşasının yaxın bir neçə ayda başa çatdırılması nəzərdə tutulub. Nazirlik yetkililərinə məxsus məlum fermalardan biri Novxanı kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir ki, burada hər gün onlarla ağır texnikanın işlədiyi müşahidə edilməkdədir. Kənd sakinlərin sözlərinə görə, tikiləcək fermalarda iribuynuzlu mal-qara ilə yanaşı, müxtəlif quş növləri də yetişdiriləcək. Başa çatandan dərhal sonra istifadəyə veriləcək tövlələrdə Bakı kəndlərindən də xeyli sayda şəxsin fəhlə kimi çalışması nəzərdə tutulub”.

Kənd sakinləri baş verənlər haqqında nə düşünür?

Kənd sakinlərinin baş verən olaylara münasibətinin ikili olduğunu bildirən mənbə, əksər sakinlərin yeni tikililərin onların sosial rifahını daha da pisləşdirəcəyi fikrindədir: “Bəzi kənd sakinəri hesab edir ki, yaşadıqları ərazidə bu cür iri fermaların tikilməsi kənd sakinlərinin məşğuluq problemini müəyyən qədər həll edə bilər. Bu mənada ərazidə fermaların tikiməsini müsbət qarşılayan mövcuddur. Lakin əksər kənd sakinləri hesab edir ki, yeni fermaların inşası xırda və orta təsərrüfatların iflası ilə müşahidə ediləcək. Sakinlərin qənaətincə, “Qaçqınkom” yetlililərinə məxsus fermalar öz güc və iqtisadi üstünlüklərindən istifadə edərək xırda və orta təsərrüfatları sürətlə sıxışdırıb çıxardacaq, nəticədə minlərlə ailə aclığa və səfalətə məhkum olacaqdır. Bundan başqa, kənd və qəsəbələrdə sahəsi gündən-günə azalan otlaq sahələrinin də yeni fermalar tərəfindən ələ keçirilmə riski var ki, bu da daha kiçik təsərrüfatların avtomatik olaraq məhv olması deməkdir. Bu səbəbdən də, Ə.Həsənov və E.İsmayılova məxsus fermer təsərrüfatlarında tikinti prosesi sürətləndikcə, sadə vətəndaşların ümidsizliyi də bir o qədər artmaqdadır”.

Yeni fermalar üçün milyonluq məhsul idxalı

Mənbənin bildirdiyinə görə, başa çatan fermalarda yerli məhsullarla yanaşı, xarici ölkələrdən gətirilən mal-qara cinsləri də yetişdiriləcək: “Hələlik inşası başa çatacaq fermalarda istehsal mənbəyi kimi yerli, yoxsa əcnəbi məhsullardan istifadə məsələsi qəti həll olmasa da, “Qaçqınkom” yetlililəri şəxsi bizneslərində həm yerli, həm də əcnəbi məhsulların istehsalında maraqlıdır. Biznes sahibləri və onların köməkçiləri hesab edir ki, fermalarda quş əti istehsalı üçün yerli məhsullarıdan istifadə daha məqsədəuyğundur. Lakin iribuynuzlu mal-qara yetişdirilməsi və süd istehsalı baxımından Rusiya cinsli mal-qaradan istifadə daha məqbul hesab edilir. Bu baxımdan yaxın aylarda Rusiyadan xeyli sayda sort qaramalın Azərbaycana gətirilməsi planlaşdırılır. Məmur əlaltıları hesab edir ki, məhsuldarlığına görə yerli heyvanları bir neçə dəfə qabaqlayan Rusiya qaramalından istifadə daxili bazarda da uğurlu rəqabət üçün geniş perspektivlər aça bilər. Buna görə də, iribuynuzlu mala-qara istehsalı üçün Rusiya qaramalı daha münasib və alternativsiz hesab edilir. Bu isə milyonlarla manat vəsait deməkdir ki, “Qaçqınkom”un bu vəsaiti necə, hansı yolla əldə etdiyi şərhsiz də məlumdur”. (obyektiv.org)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.