Azərbaycan İdeyası

Ucarda bir ailənin dramı-YARDIMA EHTİYAC VAR

Tarix:22-10-2015, 11:12
Baxış Sayı:495

Rafiq Qədirov: “Aşura nəzirlərini bizim hesabımıza köçürün, bir uşağım da tələf olmasın”
Ucar rayonunun Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu bütün ölkə mətbuatına müraciət edərək, insanlarımızdan dəstək istəyib. Üstəlik, özünün başına gələn fəlakətlərdən yazıb.
"Korrupsiya və qanun" qəzetinin Jməluatına əasən AM.AZ-a yazan Rafiq Qədirov bildirir ki, onun iki gözü də görmür və həyat yoldaşının hesabına gəzə bilir. O qeyd edir ki, yaşadığı ev qəzalı vəziyyətdədir. “Evdə qorxa-qorxa yaşayırıq. Öz canımdan yox, körpə balama görə çox narahatam. Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım var idi. Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu”.
Ucar sakini vurğulayır ki, hər an qəzalı vəziyyətdə olan evinin damı və hasarı uça bilər. “Buna görə həyatımız təhlükə qarşısındadır. Həyat yoldaşım həm mənə, həm də 3 yaşlı övladımıza baxır deyə, heç bir yerdə işləmir. Əliliyə görə mənə təyin edilmiş pensiyamı uşağımın müalicəsi üçün bankdan götürdüyüm kreditə tutulur. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür”.
Rafiq Qədirov düşdüyü durumdan çıxmaq üçün ölkənin bütün imkanlı və imanlı şəxslərindən yardım istəyir. Və təkilf edir ki, oktyabrın 24-də Aşura günüdür, həmin gün bütün şəxslər məscidlərə gedərək, nəzir verirlər. “Mən həmin şəxslərdən xahiş edirəm ki, həmin Aşura nəzirlərini bizim hesabımıza köçürsünlər”.
Yardım etmək istəyənlər üçün:

Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi
Kod; 805807 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO