Azərbaycan İdeyası

Novruz Məmmədov: "Qarabağda münaqişə yenidən alovlana bilər"

Tarix:17-07-2017, 16:46
Baxış Sayı:292


 Novruz Məmmədov: "Qarabağda münaqişə yenidən alovlana bilər"

“Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir”.
Korrupsiya və Qanun saytı Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.
N.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır:
“Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi "dondurulmuş münaqişə" kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir”.
Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək.
Azərbaycan Prezidentinin köməkçisi bildrib ki, Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur.
N.Məmmədovun fikrincə, Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər: “Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının əleyhinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb