Azərbaycan İdeyası

Fərdi evlərə “kupça”nı necə almaq olar?

Tarix:19-07-2017, 13:33
Baxış Sayı:613

 Fərdi evlərə “kupça”nı necə almaq olar?
Bu ilin 6 ay ərzində vətəndaşlar tərəfindən 6 minə yaxın fərdi ev tikilib.
Xezerxeber.az-ın məlumatına görə, fərdi evlərin tikintisinin geniş vüsət alması onların necə sənədləşdirilməsi məsələsini aktuallaşdırır.

Bəzi vətəndaşlar fərdi evlərə dövlət reyestrindən çıxarışın hansı prosedurlar əsasında alınmasından məlumatsızdırlar. Çıxarış almaq üçün ilk növbədə evin tikiləcəyi torpağın sənədləri qaydasında olmalıdır.
Torpağa dair sənədlər qaydasında olduğu halda tikilən evin hansı hündürlükdə olmasını nəzərə almaq lazımdır. 2013-cü ildən etibarən hündürülüyü 12 metrdən çox olmayan fərdi evlərin tikintisi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur.
Sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildikdən sonra 10 gün ərzində çıxarış almaq mümkündür.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, torpağın sənədləri qaydasında olsa belə, bəzi ərazilərdə tikilmiş evlərə çıxarış almaq mümkün olmur.
Reyestr Xidmətinin rəis müavini Elşad Məmmədov deyir ki, əgər fərdi ev 12 metrdən hündür, aşırımlarının uzunluğu 6 metrdən çox olarsa, onda layihə müvafiq icra hakimiyyəti orqani ilə razılaşdırılmalı və tikintiyə icazə verilməsi haqqında sərəncam əldə edilməlidir. Sonrakı prosedurlar isə olduğu kimi qalır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO