Azərbaycan İdeyası

Canpolad Vəliyev I-ci qrup əlilin himayədarından 5000 istədi - MÜRACİƏT / VİDEO

Tarix:9-08-2017, 14:44
Baxış Sayı:578

Canpolad Vəliyev I-ci qrup əlilin himayədarından 5000 istədi - MÜRACİƏT / VİDEO

Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən

ŞİKAYƏT

Bu bəlkədə Azərbaycan Respublikasında misli görünməmiş biabırçılıqdır ki, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev edib. Belə ki, anadan gəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldılmasəna etiraz olaraq yazdığım şikayət ərizələrinə görə Canpolad Vəliyev mənə qarşı məhkəmə iddiası qaldırıb. DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev məndən 5000 manat təzimat tələb edir. Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb işgüzar nüfuzuna xələl gətirmişəm. Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir. Yeriyə bilmir güclə danışır. Danışanda da nitqini başa düşmək olmur. Çox acınacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib. Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım birdə əlil yataq xəstəsi olan əlil qardaşım bir yerdə uşuq sökük daxmada yaşayırıq.Ailəmizdə heç kəs işləmir.Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadn xahiş edirəm yataq xəstəsi 1-ci qrup əlilil pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz. Bunu bütün Zərdab rayon sakinləri gözləyir. Çünki Canpolad Vəliyevin qanunsuz fəaliyyətini korrupsiya əməllərini təsdiq edən konkret subutlar sənədlər var ki, dəfələrlə mətbuatda nümayiş edilib. Sizdən xahiş edirik bu harın məmurun barəsində ciddi tədbirlər görəsiniz.


Əlaqə telefonum; (051) 632-12-92 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı