Azərbaycan İdeyası

Əli Həsənovun qəza törədən nəvəsi ilə bağlı – YENİ XƏBƏR

Tarix:17-08-2017, 14:36
Baxış Sayı:353

  Əli Həsənovun qəza törədən nəvəsi ilə bağlı – YENİ XƏBƏR

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.

Korrupsiya və Qanun saytı Moderator.az xəbər istinad olaraq verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb.

Bundan sonra N.Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.
M. Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb