Azərbaycan İdeyası

Bakıda “gəzən” təhlükə - FOTOLAR

Tarix:18-08-2017, 11:03
Baxış Sayı:509

 Bakıda “gəzən” təhlükə - FOTOLAR

İyulun 31-də Sumqayıtda sahibsiz itin 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişlədiyi və azyaşlının quduzluq xəstəliyinə tutularaq dünən vəfat etdiyi haqda məlumat vermişdik.
Sahibsiz itlərin vətəndaşlara hücum etməsi haqda xəbərlər son zamanlar regionlardan da eşidilir (Neftçala, Cəlilabad, Şəki, Ucar, Ağstafa).
Korrupsiya və Qanun saytı Milli.az-a istinadən xəbər verir ki, paytaxt da bu təhlükədən sığortalanmayıb. Aylar öncə Bakının Nərimanov rayonunda sahibsiz it təxminən 40-45 yaşlarında bir qadını parçalamışdı. Binəqədi rayonunda da bir uşağı dişləmişdi. Bu qədər faciənin fonunda aidiyyətı qurumlar, hələ də, müşahidəçi mövqeyindədirlər.
"Koroğlu" metro stansiyasının yanında, Olimpiya şəhərciyinin qarşısındakı park tədricən sahibsiz itlərin məskəninə çevrilməkdədir. Sözügedən ərazidə günbəgün artan sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilir. Əhalinin sıx olduğu ərazidə itlərin bir-biri ilə didişməsi artıq sakinlərin adət etdiyi adi hadisəyə çevrilib.
Parkdan çəkilmiş bir neçə fotonu təqdim edirik. Bu görüntülər insanların təhlükənin bir addımlığında olduqlarının göstəricisidir.

 Bakıda “gəzən” təhlükə - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ