Azərbaycan İdeyası

MƏHKƏMƏLƏR ADINDAN EDİLƏN DƏLƏDUZLUQ HALLARI ARTIR

Tarix:23-08-2017, 15:00
Baxış Sayı:378



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müsabir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. İttihama görə, M.Məmmədov iki nəfərə qarşı torpaq satmaq, iki nəfərə də həbsdə olan yaxınlarının işinə kömək etmək adı ilə dələduzluq edib. M.Məmmədov dələduzluq əməlini hazırda mühakimə olunduğu məhkəmənin binasının qarşısında edib. M.Məmmədov oğlu həbs edilən Əhməd Əliyevdən 4 min manat alıb. Bunun qarşılığında M.Məmmədov Əhməd Əliyevin oğlunun yüngül cəza almasına kömək edəcəkmiş. Digər zərərçəkmiş Samir İsmixanov da eyni üsulla dələduzluğa məruz qalıb. M.Məmmədov Samir İsmixanovun həbsdə olan atasının işini yüngülləşdirmək adı ilə ondan 5300 manat alıb. Zərərçəkmişlərin hər biri pulu M.Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında olan çayxanada veriblər. M.Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, zərərçəkmiş kimi tanınan şəxslərdən pul alsa da onların işinə başqa bir şəxs kömək edəcəkmiş. Yəni o, vasitəçi olub. Amma M.Məmmədov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən, tanışı olduğu və işləri "həll edəcək" dediyi şəxsin adını çəkməyib: "Elə bil ki, Allah ağlımı aldı. Belə bir iş gördüm. Əhməddən 4 mini almışam. Amma 4 minlə adam oğurlayana necə kömək etmək olar?" Hakim bu zaman M.Məmmədova sual verib: "Bəs nə qədərlə kömək etmək olar? Belə bir məbləği müəyyənləşdiribsiz?" Təqsirləndirilən şəxs bu suala cavab vermək istəməyib və əlavə edib: "Həmin adam demişdi ki, kömək edəcək. Pul aldığım adamlar da tanışımdır. İş həll olmayanda gördülər ki, zəif adam mənəm, məni tutdular". Müşahidə olunmaqdadır ki, bu tip dələduzluqların sayı artır. Bakı şəhəri Bülbülə qəsəbəsində qeydiyyatda olan, hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən vətəndaş Dadaşov Fəxrəddin Fərman oğlu redaksiyamıza müraciət edərək Nasirov İsrafil İsa oğlu tərəfindən aldanıldığını bildirmişdir. Şikayətçinin sözlərinə görə, Nasirov ondan 34 min manat pul alıb, qarşılığında vəd edib ki, onu həbsdən qurtaracaq. Hətta onun barəsində açılmış cinayət işinə xitam verilməsi üçün məhkəmə hakimi ilə sövdələşdiyini də deyib. Dadaşov yazır ki, Nasirov ondan pulu götürməsini təsdiqləyən qəbz də vermişdir. Lakin Nasirov nə söz verdiyi işi görüb, nə də pulu geri qaytarıb. Odur ki, Dadaşov qəzetimizdən bu məsələni ictimailəşdirməyi xahiş etmişdir. Sonda qeyd edək ki, Nasirovun cinayət əməli sübuta yetirilərsə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.