Azərbaycan İdeyası

DAŞINMAZ ƏMLAK BAZARINDA DƏLƏDUZLAR MEYDAN SULAYIR

Tarix:23-08-2017, 15:07
Baxış Sayı:417


Son illər ölkədə dələduzluq bir xeyli genişlənməkdədir. Xüsusilə daşınmaz əmlak bazarında bu, özünü açıq göstərməkdədir. İlbəil buradakı fırıldaqçılıq dəyişir və yeni formalar alır. Cinayətkarların qurbanı həm sadəlövh, həm də mənzil və ya ev almağın təhlükəsiz yollarını bilməyən adamlar ola bilər. Azərbaycan daşınmaz əmlak bazarında bu gün ən çox yayılan dələduzluq eyni mənzilin bir neçə vətəndaşa satılmasıdır. Dələduz müştərini guya ucuz satmaq istədiyi mənzilə və ya torpaq sahəsinə gətirir. Mənzil və ya sahə başqasına satılmasın deyə, razılıq olduqda məbləğin müəyyən hissəsi tələb edilir. Beləliklə, kifayət qədər pul dələduzun əlinə düşür və özü də naməlum istiqamətdə yoxa çıxır. Zaqatala rayonunun Uzunqazmalar kənd sakini Əhmədova Hakət Mədət qızı redaksiyaya ünvanladığı ərizəsində yazır ki, 30 dekabr 2014-cü il tarixdə Zaqatalada ev alqı-satqısı ilə məşğul olan Paşayev Rəşad Əhməd oğlu onu inandıraraq rayon ərazisində başqasına məxsus 3 otaqlı mənzili göstərmiş, dələduzluq yolu ilə 7600 manat pulunu alaraq mənimsəmişdir. Şikayətçi bildirir ki, o, Rəşadın rayonda bir çox adamın etimadından sui-istifadə etdiyi, yalançı çıxması barədə söhbətlər eşidibmiş. Lakin R. Paşayev onda sövdələşdikləri işə əminlik yaratmaq üçün notariusa aparmış, onunla borc müqaviləsi bağlamışdır. Nəticə də bu olmuşdur ki, yalanının üstü açılandan üç il keçməsinə baxmayaraq, Rəşad hələ də pulu qaytarmayıb. H. Əhmədova borc müqaviləsi üzrə yaranmış borcun alınıb ona verilməsi tələbinə dair məhkəmə əmrinin verilməsi barədə Zaqatala rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni təmin etmiş və qətnamə qüvvəsinə malik 30 noyabr 2016-cı il tarixli əmr çıxarmışdır. Zaqatala rayon icra şöbəsinin icra məmuru V. Musayev 09 yanvar 2017-ci il tarixli qərarla icraata başlamışdır. Qərarda "İcra haqqında" AR Qanununun 8-ci maddəsi xatırladılmış, borclu Paşayev Rəşad Əhməd oğluna 10 gün müddətinə icranı könüllü təmin etmək təklif olunmuşdur. Xatırladılmışdır ki, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulacaq, borclunun əmlakı siyahıya alınacaq və həmin əmlakın üzərinə həbs qoyulacaq. Lakin R. Paşayev məhkəmə əmrinə uyğun icra hərəkətlərini yerinə yetirmədiyi üçün - borcunu ödəmədiyi üçün İcra Şöbəsi 11. 07. 2016-cı i8l tarixli 511 nömrəli məktubla rayon polisinə müraciət etmişdir. Zaqatala Rayon Polis İdarəsi həmin məktuba əsasən Zaqatala şəhər sakini Paşayev Rəşad Əhməd oğlunun tutularaq, İcra Şöbəsinə təqdim olunması məqsədilə barəsində 410039 nömrəli axtarış işi açmışdır. İnanırıq ki, ermənipərəst blogger Lapşini Belorusiyadan tutub gətirən hökumətimiz Rəşad Paşayevi də tapa bilər. Yaxşı-yaxşı axtarsa! [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb