Azərbaycan İdeyası

VƏTƏNDAŞLARIN YAŞAYIŞ YERİ ÜZRƏ QEYDİYYATA DÜŞMƏK YOLUNDA BÜROKRATİK ƏNGƏLLƏR VAR

Tarix:23-08-2017, 15:11
Baxış Sayı:507



Ölkə əhalisinin yarıya qədərinin paytaxtda cəmləşməsi Bakıda kütləvi qeydiyyat problemi yaradıb. Qeyri-rəsmi statistikaya görə, hazırda paytaxtda 4 milyona yaxın əhali yaşayır. Onların təqribən 2 milyon 500 min nəfəri Bakı sakini kimi rəsmi qeydiyyatdadır. Faktiki olaraq Bakıda yaşayan yüz minlərlə insan qeydiyyata düşmək istəsə də, buna nail ola bilmir. Səbəb kimi Bakıda vətəndaş qeydiyyatının qeyri-rəsmi dayandırılması göstərilir. Bəs görəsən, vətəndaşların paytaxtda qeydiyyata düşməsi üçün əsas prosedurlar nədən ibarətdir? Ümumiyyətlə, Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəblər hansılardır? Mövcud qanunvericiliyə əsasən, qeydiyyat məsələsində heç bir problem olmamalıdır. Amma əhalinin məhz paytaxta axışması bu sahədə müəyyən neqativ halların ortaya çıxmasına şərait yaradır. Konstitusiyaya görə, Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Ana qanunumuzun 28-ci maddəsinin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. Bütün bu məsələlər isə 1996-cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na əsasən tənzimlənir. Həmin sənədə görə, vətəndaş olduğu yer üzrə qeydiyyata düşməlidir. Sözsüz ki, qanunda bununla bağlı yerli və xarici vətəndaşlar üçün müəyyən müddət də nəzərdə tutulur. Amma ümumilikdə sözügedən qanunun 1-ci maddəsinə görə, ölkə vətəndaşları üçün qeydiyyat məcburi sayılmır. Əslində «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır. Məsələn, vətəndaş hansısa ünvanda qeydiyyat əsasında yaşayırsa, bu halda onun müxtəlif sosial güşəztlərdən yararlanması üçün problem olmur. Tutaq ki, vətəndaş hansısa müavinət və ya pensiya almaq üçün aidiyyəti dövlət qurumlarına heç bir məhdudiyyət olmadan müraciət edə bilir. Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu N. Yusifbəyli küçəsi - 15/5 ünvanda yaşayan Süleymanova Aynurə Kamal qızı redaksiyamıza göndərdiyi ərizədə yazır ki, 2011-ci ildə Elxan Süleymanovla ailə qurub. Onunla nikahdan bir övladı dünyaya gəlib. Elxanın onunla evlənməzdən qabaq ailəsi olub və birinci arvaddan üç övladı var. Aynurə xanım yazır ki, Elxanın bütün dörd övladı Bakı şəhəri Nəsimi rayonu N. Yusifbəyli küçəsi - 15/5 ünvanda qeydiyyatdadırlar. Aynurə Süleymanova özü də həmin evə qeydiyyata düşmək istəyir. Redaksiyadan bu işdə köməklik göstərilməsini xahiş etmişdir. Paytaxtda qeydiyyata düşmək üçün əsas prosedurların nədən ibarət olmasına gəlincə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanun"un tətbiqi haqqında əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına, yəni polis idarəsinə müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı isə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsini tələb etməlidir. Qanunda o da nəzərdə tutulub ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün sözügedən qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Əgər Bakıda qeydiyyatsız yaşayan şəxsin təqdim etdiyi sənədlər həqiqəti əks etdirməzsə və ya heç kəs hansısa mənzildə qeydiyyata düşməsinə razı deyilsə, polis orqanı həmin şəxsi qeydiyyata almayacaq. Beləliklə, nəticədə həmin şəxs qeydiyyatdan kənar qalacaq. Yuxarıda şərh olunan qanuna əsasən, Süleymanova Aynurə Kamal qızının ərinin evinə qeydiyyata alınması üçün, əri Elxan Səməd oğlu Süleymanov yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, 2 ədəd fotoşəkil (3x4 ölçüdə), dövlət rüsumunun ödənilməsi barədə qəbz və şəxsiyyəti təsdiq edən sənədlə rayon polisinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Şöbəsinə müraciət etməlidir. Elə rayon Polis İdarəsi də vət. Elxan Süleymanovun ərizəsinə yazdığı cavab məktubunda Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında qanunun 5-ci maddəsinin bu tələblərini xatırlatmışdır. Göründüyü kimi, tələb olunan sənədlərin siyahısı elə də uzun deyildir. Onları toplayıb polisə təqdim etmək də Süleymanovlar üçün elə də müşkül məsələ deyildir. Təqdim ediblər də. Lakin bürokratik əngəllərlə üzləşdiyindən, bu məqsədinə çata bilmir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı