Azərbaycan İdeyası

KİRAYƏDƏ "YAŞAYAN" ÇEMPİON

Tarix:23-08-2017, 15:12
Baxış Sayı:907




Son vaxtlar ölkəmizdə ciddi hiss edilməyə başlayan maliyyə böhranı bu vaxta qədər kifayət qədər prestijli və maddi təminat baxımından sabit sahə sayılan idmana da sirayət etməyə başlayıb. Xatırlayırsınızsa, keçən ay respublikamızın bir neçə adlı-sanlı, beynəlxalq arenalarda, mötəbər turnirlərdə uğurlar qazanmış güləşçisi maaşlarının verilməməsinə görə etiraz aksiyası keçirdilər. Bu yaxında xəbər yayıldı ki, artıq onların maaşlarının ödənilməsinə başlanılıb. Azərbaycanlı yüngül atlet Ramil Qurbanov Türkiyəni təmsil edərək dünya çempionu olandan sonra məlum oldu ki, onun 2011-ci ildə ölkəmizdən getməsinin səbəbləri sırasında birincisi maddi təminat problemiymiş. Hazırda Azərbaycanda çox sayda perspektivli idmançı var ki, maddi sıxıntı içində yaşayırlar. Bakı şəhəri Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazisində yaşayan Musayev Şahin Asif oğlu redaksiyamıza müraciət edib. Boks üzrə dəfələrlə Azərbaycan və beynəlxalq miqyaslı yarışların qalibi olan boks üzrə respublika çempionatında qızıl, Avropa çempionatında bürünc medal qazanıb. Amma üçrəngli bayrağımızı yüksəkliyə qaldıran, himnimizi səsləndirən idmançımızın ciddi problemi var. Dörd nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Yazır ki, dəfələrlə Xəzər Rayon İcra Hakimiyyəti başçısına məktub yazıb. Çifayda, rayon rəhbərliyindən çempionumuzun acınacaqlı həyat tərzi ilə maraqlanan olmayıb. Ən nəhayət, ölkə Prezidentinə müraciət edib, cavab gözləyir. Redaksiyadan isə bu probleminin ictimailəşdirilməsini və aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb