Azərbaycan İdeyası

"GÖYƏ ÇƏKİLƏN" ALİMENT BORCLULARI

Tarix:23-08-2017, 15:13
Baxış Sayı:504



Qəzetimizin ötən sayında dərc olunmuş "İcra xidməti yerdə itirdiyini göydə də olsa axtarmalıdır" sərlövhəyə Ədliyyə Nazirliyindən cavab reaksiyası gəlmişdir. Nazirliyin redaksiyamıza göndərdiyi 06.07.2017-ci il tarixli məktubda göstərilir: "Müəyyən edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 02.04.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şaiq Əliyevdən 03.03.2015-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay 108 manat aliment və lavə olaraq 50 manat tutularaq Aynurə Məmmədovanın xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Ağdam rayon İcra Şöbəsində 15.05.2015-ci il tarixdə icraata başlanılmış, tələb könüllü icra olunmamış, tələbin yönəldilə biləcəyi əmlakların aşkar edilməsi məqsədilə müvafiq qurumlara göndərilmiş sorğular müsbət nəticə verməmişdir. Ş. Əliyev yaşayış yerini dəyişərək bu barədə məlumat vermədiyinə görə barəsində Nəsimi rayon Polis İdarəsində 30.07.2015-ci il tarixdə 564/15 saylı axtarış işi açılmışdır. Axtarışın sürətləndirilməsi üçün baş idarə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmuş, axtarışın nəticəsindən asılı olaraq icra tədbirləri davam etdiriləcəkdir. Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu, K. Səfərəliyeva küçəsi, ev-26, mənzil-82 ünvanda qeydiyyatda olan, hal-hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Məmmədova Aynurə Rəsul qızı redaksiyamıza göndərdiyi ərizədə 17. 02. 2004-cü ildə Əliyev Şaiq Zahid oğlu ilə rəsmi nikaha daxil olduqlarını yazmışdı. Bu nikahdan onların iki övladı - 15.12.2005-ci il təvəllüdlü oğlu Əliyev Tural Şaiq oğlu və 04.01.2005-ci il təvəllüdlü Əliyeva Ləman Şaiq qızı dünyaya gəlib. Bu nikah 2013-cü il fevral ayının 6-da rəsmi qaydada pozulmuşdur. Nəsimi rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli qərarı ilə qız uşağına 80, 02 aprel 2015-ci il tarixli qərarı ilə oğlan uşağına 158 manat məbləğində aliment təyin olunmuşdur. Həmin alimenti ödəmədiyinə, Əliyev Şaiq Zahid oğlunun barəsində məhkəmə qərarına əməl etmədiyinə görə Ağdam rayon icra şöbəsi tərəfindən 18.06.2015-ci il tarixdən axtarış elan olunmuşdur. Aynurə Məmmədova bildirirdi ki, axtarış elan olunandan iki il vaxt ötsə də, onu tapa bilmirlər. Şikayətçi bu qənaətdədir ki, keçmiş ərinin axtarışının nəticəsiz qalması icra məmurlarının onun tapılmasında maraqlı olmaması, yaxud, tapılmamasında maraqlı olması səbəbindəndir. Odur ki, problemin KİV ilə ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdi. Neyləməli, icra tədbirləri davam etdirilməkdə olsun, biz də Şahin Əliyevi gözləyən cəzanı xatırladaq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra tməməyə və ya məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə min manatdan üç min manatadək miqdarında cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO