Azərbaycan İdeyası

GƏNCƏNİN AVTOMOBİL NƏQLİYYATI İLƏ SƏRNİŞİNDAŞIMA XİDMƏTİ "BİRİNCİ PAYTAXT"A LAYİQ SƏVİYYƏDƏ QURULUB

Tarix:23-08-2017, 15:14
Baxış Sayı:668



Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2016-cı il tarixdə imzaladığı "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana əsasən Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb. Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı il iyulun 1-dən fəaliyyətə başlayıb. Hazırda Gəncə şəhərində 40 - dan çox marşrut üzrə 300-ə yaxın avtobus sərnişindaşıma ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə İdarə sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar reydlər keçirib, sadələşmiş vergi ödəməkdən yayınan nəqliyyat vasitələrinin sahiblərinə qarşı ciddi tədbirlər görüb, nəticədə nəqliyyat vasitələrinin sahibləri dövlət rüsumunu ödəməyə cəlb olunublar. Şəhərdaxili marşrutlarda sərnişinlərin vaxtlı-vaxtında və təhlükəsiz daşınması, eləcə də sürücülərin nizam-intizam qaydalarına riayət etməsi üçün idarə tərəfindən mütəmadi reydlər keçirilib, avtobus parklarında sahibkarlar və sürücülərlə görüşlər təşkil edilib. Gəncə şəhər sakinlərinin müraciəti nəzərə alınaraq yeni avtobus xətlərii açılıb, bir neçə marşrut xəttinin sxemində isə dəyişiklik edilib. Gəncə şəhər İcra Hakimiyyəti Yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin sektor müdiri Elmar Əhmədov deyir ki, həyata keçirilən tədbirlərin məqsədi yol hərəkəti qaydalarının pozulmasının, dayanacaqlardan kənarda və ikinci xətlərdə avtobusların saxlanılmasının qarşısını almaq, həmçinin sürcülərin vahid forma geyinməsini, avtobuslarda təmizliyə riayət olunmasını və sərnişinlərlə mədəni rəftar edilməsini təmin etməkdir: "Sərnişinlərin şikayət və iradlarının tez bir zamanda həll edilməsi məqsədilə idarə tərəfindən “qaynar xətt” (022-256-05-06) istifadəyə verilib. Sərnişindaşımada təhlükəsizliyin təmin olunması məqsədilə ötən dövrdə bir neçə marşrut xətti üzrə maye qazla işləyən kiçiktutumlu avtobuslar ortatutumlu avtobuslarla əvəz edilib. Şəhərdə yerləşən dayanacaqların istifadə vəziyyəti nəzarətdə saxlanılıb, onların qarşısında cizgiləmə işləri aparılıb. İdarə tərəfindən mütəmadi olaraq sərnişindaşıma xidməti göstərən bütün sahibkarların nəzərinə çatdırılır ki, qısa müddətdə müasir tələblərə cavab verməyən, istismar müddəti bitmiş, maye qazla işləyən nəqliyyat vasitələrini yeniləri ilə əvəz etsinlər. Əks təqdirdə həmin sahibkarlarla yenidən müqavilənin bağlanmayacağı barədə onlara bildiriş təqdim edilir". Sektor müdirinin sözlərinə görə, Gəncədə indiyə kimi keçirilən reydlər zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan xeyli sayda sürücü fərqlənmə nişanı almağa məcbur edilib, qanunun tələblərinə əməl etməyənlər inzibati qaydada məsuliyyətə cəlb edilib: "Bəzən sürücülər taksi fəaliyyəti ilə məşğul olmadıqlarını sübut etmək üçün müxtəlif bəhanələr gətirirlər. Çoxlarının VÖEN-ləri yoxdu. Olan da deyir VÖEN-i bağlatmışıq. Hər bir fiziki və hüquqi şəxs Vergilər İdarəsinə ərizə yazıb, VÖEN almalıdır. Əksəriyyəti də fərqlənmə nişanı almaqdan yayınırlar. Maşının üzərindən şahmatı götürür, deyir biz taksi fəaliyyəti ilə məşğul olmuruq. Gəncədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücü dövlət rüsumu ödəyib fərqlənmə nişanı ala bilər". Bütün bunlardan başqa, Elmar Əhmədov Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin tabeliyində yaradılmış “Gəncə Nəqliyyat” MMC barədə də məlumat verdi: “Gəncə Nəqliyyat” MMC “bir pəncərə” sistemi vasitəsilə dövlət qeydiyyatından keçib. MMC-nın yaradılması haqqında Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr 366 nömrəli qərarına əsasən şirkət dövlət qeydiyyatına alınıb. Müəssisə Gəncə şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərir. Öz vəzifə və funksiyaları olan Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir. Mülkiyyət və təşkilatı, hüquqi formasından asılı olmayaraq daşıyıcıların sərnişin daşınması prosesinə cəlb edilməsinin təşkil olunması, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarına və Vergi Məcəlləsinə uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin fərqlənmə nişanının alınmasına cəlb edilməsinin təşkili cəmiyyətin fəaliyyətinin məqsəd və istiqamətləridir. Sərnişindaşıma marşrutlarında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin avtovağzal xidmətlərindən və şəhərdaxili marşrut vtobusların dayanacaqlardan istifadəsinin təşkili, müvafiq qaydada yeni marşrutların açılması, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərnişinlərin icbari sığortalanması, paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə təkliflərin hazırlanaraq Gəncə şəhər İcra Hakimiyyətinə təqdim edilməsi də nizamnamədə öz əksini tapıb. Cəmiyyətin fəaliyyətinə rəhbərlik Gəncə şəhər İcra Hakimiyyəti başçısının əmri ilə təyin olunan və cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyan rəis tərəfindən həyata keçirilir. Haqlı olaraq Gəncəni ölkənin "ikinci paytaxtı" adlandırırlar. Elmar müəllimdən aldığımız məlumatlar və Gəncədə ezamiyyətdə olarkən apardığımız müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, şəhərin avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti məhz "birinci paytaxt"a layiq səviyyədə qurulub.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO