Azərbaycan İdeyası

İCRA HAKİMİYYƏTİNDƏ EV NÖVBƏSİNƏ DURANLARIN UÇOTUNDA ŞƏFFAFLIQ PRİNSİPİ GÖZLƏNİLMİR

Tarix:23-08-2017, 15:34
Baxış Sayı:458



Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması qanunvericiliyə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir. İmtiyazlı kateqoriyadan olan mənzilə ehtiyaclı vətəndaşların növbəli siyahısını tərtib edən icra hakimiyyətinin isə həmin siyahını şəffaflıq naminə internetdə yerləşdirməsi məqsədəuyğundur. Sumqayıt şəhər İcra Hakimiyyəti bunu etmir. Səbəb ictimai hesabatlılıqdan yayınmaqdır.
Məlum olduğu kimi, Sumqayıt şəhərində qeydiyyatda olan əlil vətəndaşlar Qarakişiyeva Səbinə İnşallah qızı və Dadaşov Ceyhun Xıdır oğlu qəzetimizə müraciət edərək mənzil problemlərinin həllinin yubadılması məsələsinin KİV-də ictimailəşdirilməsini xahiş etmişdilər. Adları çəkilən şəxslərin Sumqayıt ŞİH-də mənzil növbəsi sırasında neçənci olduqları barədə məlumat almaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya məktubla müraciət etmişdik. Şöbə müdirindən aldığımız 06.12. 2016-cı il tarixli cavab məktubunda bildirilmişdi ki, vətəndaş Dadaşov Ceyhun Xıdır oğlu ümumi xəstəliyə görə 1-ci qrup əlillik imtiyazı əsasında 30. 12. 2003-cü il tarixdən, sıra nömrəsi 103 olmaqla, vətəndaş Qarakişiyeva Səbinə İnşallah qızı isə 1-ci qrup əlillik imtiyazı əsasında 15. 10. 2015-ci il tarixdən sıra nömrəsi 234-cü olmaqla mənzil növbəsindədirlər (Halbuki, S. Qarakişiyevanın 2008-ci ildən ev növbəsində qeydiyyatda olduğu barədə rəsmi məlumatlarımız var).
Sadəcə maraqlı olduğu üçün vaxtaşırı sorğu göndərib adları çəkilən əlil vətəndaşların siyahıdakı sıra nömrələrinin nə vaxt azalıb müvafiq olaraq "102"-yə, "233"-ə və daha aşağı enəcəyini müşahidə etmək istəyirik.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO