Azərbaycan İdeyası

Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Tarix:7-09-2017, 11:56
Baxış Sayı:431

 Nazirlik qanunsuz ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.
Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb