Azərbaycan İdeyası

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Tarix:7-09-2017, 14:36
Baxış Sayı:691

 "Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Moderator.az-a Sabirabad rayonu Babək Rəhimov adına Qəzli kənd tam orta məktəbinin təlim tərbiyə işləri üzrə direktor muavini Zəka Cabbarov tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciət daxil olub.
Ölkə başçısına müraciətində təhsil üzrə 12 saylı ərazi maliyyə hesablama mərkəzinin direktoru Elxan Əsədovdan şikayət edən Zəka Cabbarov direktorların işə qəbulu üzrə keçirilən müsabiqədə yetərli bal topladığı halda qərəzli şəkildə müsahibə mərhələsindən kəsildiyini, növbəti dəfə isə imtahana buraxılmadığını iddia edir.
Z.Cabbarovun müraciətini olduğu kimi təqdim edirik:
"Çox hörmətli Cənab Prezident, əvvəlcə sizləri narahat etdiyim üçün üzr istəyirəm. Sizlər sonuncu umid yerimsiniz və çox böyük ümidlərlə sizə üz tuturam.
15 ildir ki təhsil sahəsində calışıram. 7 ildir ki təlim-tərbiyə işləri üzrə direktor muaviniyəm. Mən keçən il direktorların işə qəbulu müsabiqəsində 47 bal toplayaraq Sabirabad şəhər Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə direktor olmaq hüququ əldə etdim. Lakin müsahibə mərhələsindən mənə məlum olan səbəblərə görə kəsildim. Məni imtahanla direktorluq hüququ əldə etdiyim məktəb təhsil üzrə12 saylı ərazi maliyyə hesablama mərkəzinin direktoru, 65 yaşına kimi dövlətin və dövlətçiliyin əleyhinə olan qatı müxalifətçi kimi ad çıxarmış, 65 yaşında məcburiyyətdən YAP sıralarına qatılan, saxta ali təhsil diplomu olan və hal-hazırda 66 yaşı olmasına baxmayaraq hələ də iş başındakı Elxan Əsədovun şəxsi maraqlarına görə müsahibədən kəsdilər. Çünki Elxan Əsədovun qızı Könül Əsədova həmin məktəbdə direktoru əvəz edir.
Cənab Prezident, dəfələrlə Elxan Əsədov tərəfindən təhqir olundum. Sizin qeyd etdiyiniz kimi tolerant bir dövlət olan Azərbaycanda E.Əsədov tərəfindən təriqətçi cümlələrlə təhqirlərə məruz qaldım, şərəf və ləyaqətimi alçaltmağa cəhdlər etdi. Cünki mən sizin siyasətinizin bir nömrəli tərənnümçüsü və apardığınız islahatları sevərək təhsilimizə can qoymağa hazır biriyəm.
Mən 15 dekabr 2016-ci ildə təhsil naziri Mikayıl Cabbarovla görüşdüm və artan təzyiqlər barədə hörmətli nazirimizə məlumat verdim. Çox sağ olsun, nazirimiz E.Əsədovu töhmət verməklə cəzalandırdı, qəti tapşırıqlar verdi və novbəti tədris ili ücün imtahanda mütləq iştirak etməyimi bildirdir. Lakin E.Əsədov yenə də bu təhqirləri və hədə-qorxuları davam etdirməkdədir. Mən 2017-ci ildə direktorların işə qəbulu müsabiqəsində sənədlərimi böyük həvəslə təqdim etdim. Ancaq mənə hələ də məlum olmayan səbəblərə görə ərizəm təsdiq olunmadı. Səbəb isə yerli təhsili idarəetmə orqanının haqqımda verdiyi qərəzli və şübhəli mənfi rəyi oldu. Mən hüququm olduğu halda bu gün də haqqımda verilən rəylə tanış ola bilməmişəm. Cünki E.Əsədovun şəxsi biznesinə çevrilən Sabirabad şəhər 5 saylı tam orta məktəbi elektron ərizəmdə ilk sırada qeyd etmişdim. Mənim imtahan haqqımı əlimdən aldılar, lakin E.Əsədovun qızı yenə də imtahandan biabırçı və bərbad nəticə əldə etdi.
Çox hormətli Cənab Prezident, 1500 şagirdi olan bir məktəb ardıcıl olaraq bir neçə ildir ki, ən sonuncu yerdə qərarlaşan Sabirabad təhsili ücün biabırçı şəkildə idarəetmə qabiliyyəti olmayan birinin əlindədir. Və hər addımda mən təhqir olunuram, haqqımda yanlış böhtan xarakterli məlumatlar yayılır...
Cənab Prezident, müəllim işlədiyim dövr ərzində şagirdlərimin dəfələrlə qalibiyyət sevincini rayon təhsilinə bəxş etməsinə baxmayaraq mənə bu gün iş meydanı verən yoxdur..
Cənab Prezident, yalvarıram ki, mənim sonuncu ümidimi diqqətdə saxlıyasınız. Yanlış idarəetmə nəticəsində rayonumuzun təhsili çox ağır günlərini yaşayır. Xəcalət çəkirik. Buraxılış imtahanlarının nəticəsinə görə yenə də sonuncu yerdə olduq. Çünki rayon təhsili bu gün qara bazara cevrilib. İşləyəni əzirlər, saxta insanlar dəstəklənir, bu gün rayonumuzda əsasən müxalifətçilər üst vəzifələrdədir.
Çox hörmətli Cənab Prezident, mən sizə bir daha yalvarıram və böyük umidlərlə sizlərdən kömək gözləyirəm. Artan təzyiqlər artıq mənim üçün heyatı təhlükəyə çevrilməkdədir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.