Azərbaycan İdeyası

"Binə" yarmarkasının sahibinin qardaşını oğurlamaqda təqsirləndirilən şəxs məhkəmə qarşısında

Tarix:7-09-2017, 15:30
Baxış Sayı:485


"Binə" yarmarkasının sahibinin qardaşını oğurlamaqda təqsirləndirilən şəxs məhkəmə qarşısında


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Korrupsiya-q.az Report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tofiq Hüseyovun məhkəməyə göndərdiyi teleqramı elan olunub.
O teleqramda qeyd edib ki, yataq xəstəsi olduğu üçün məhkəməyə gələ bilmir: "Səhhətimlə bağlı məhkəməyə gələ bilmədiyim üçün iclasın mənim iştirakım olmadan keçirilmsini istəyirəm. Heç bir şikayət və tələbim yoxdur".
Daha sonra iclasda təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, iş üzrə zərərçəkmiş Tofiq Hüseynovun məhkəməyə gəlməsini istəyib.
Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.
Qedy edək ki, ittiham aktına əsasən, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.
Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.
Cinayət işində qeyd edilib ki, Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu V.Qasımov, Y.Cəfərov və T.Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri "VAZ- 2107" markalı maşında T.Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. T.Süleymanov "VAZ- 2107"-də olan Y.Cəfərova zəng edərək, T.Hüseynovun "Mercedes 230" markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsi Xəqani küçəsinin girəcəyində T.Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.
Dəstə üzvləri T.Hüseynovun maşınını əhatəyə alıb. Y.Cəfərov əlində olan tapançanı onun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman T.Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı T.Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.
Daha sonra T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.
Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edib.
Həmiçin dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyt zamanı həbs ediliblər.
Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər şəxslər isə məhkəmənin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxslər həbs cəzalarını başa vurublar.
Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə "Nardaranlı Bala" ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman "Binə" yarmarkasının sahiblərindən biri olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb