Azərbaycan İdeyası

İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür – XANIMI DANIŞDI

Tarix:8-09-2017, 12:04
Baxış Sayı:601

  İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür – XANIMI DANIŞDI
“Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Aslanov Novruzovun həyat yoldaşı deyib. O bildirib ki, A.Novruzovun vəziyyəti ağır olaraq qalır: “Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə, mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heçnə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdi. Allah özü onların cəzalarını versin. Son olaraq deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda stabil ağırdır.
Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanının yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza “beşbarmaq”la zərbələr endirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İzzət Bağırovun vəkili Ceyhun Yusifov da Lent.az-a bildirib ki, artıq tərəflər barışıb: “Görüş zamanı barışıq əldə olunub. Zərərçəkən tərəf heç bir şikayət və tələbinin olmadığını bildirib. İzzətin kğməkçisi Elçimlə bağlı hüquq mühafizə orqnalarına şikayət və tələb olmadığı ilə bağlı ərizə verilib”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb