Azərbaycan İdeyası

Dərslər sentyabrın 18-dən başlayacaq? - Rəsmi cavab

Tarix:8-09-2017, 16:04
Baxış Sayı:588

  Dərslər sentyabrın 18-dən başlayacaq? - Rəsmi cavab

Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.
Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.
6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.
Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr ( 5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili). [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO