Azərbaycan İdeyası

Bakı bulvarında QADIN POLİSLƏR - FOTO

Tarix:2-10-2017, 17:42
Baxış Sayı:550


 Bakı bulvarında QADIN POLİSLƏR - FOTO Bakı bulvarında QADIN POLİSLƏR - FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri - Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar. Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərə çatdırılıb.
Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması, milli qanunvericilikdən, nazirliyin müvafiq əmr və göstərişlərindən, digər normativ-hüqüqi aktardan irəli gələn vəzifələrin icrası, vətəndaş-polis münasibətlərinin daha da təkmilləşdirilməsi, həmçinin gender balansının gözlənilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdəndir.
Yeri gəlmişkən, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır. Onlar, əsasən, Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər.

 Bakı bulvarında QADIN POLİSLƏR - FOTO
Qadın əməkdaşlar kişi həmkarları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirir, öz fədakarlıqlarını əsirgəmirlər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO