Azərbaycan İdeyası

Diqqet: Bu yerlerde saxta derslikler satilir – Foto

Tarix:3-10-2017, 14:06
Baxış Sayı:317

  Diqqet: Bu yerlerde saxta derslikler satilir – Foto

Bakıda fəaliyyət göstərən kitab satışı məntəqlərində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan dərsliklərin saxta variantları satışa çıxarılıb.
Bu barədə Report-a valideynlərdən biri məlumat verib.
Belə ki, "28 may" metrosunun çıxışı ilə üzbəüz olan “Student” kitab evindən alınan 2017-2018-ci tədris ili üçün “Çaşıoğlu” mətbəəsində nəşr edilən, lakin sonradan surəti çıxarılan Məktəbəhazırlıq qrupları üçün təlim vəsaitində şəkillər və yazılar keyfiyyətsiz olub. Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər.
Dərsliklərin orijinalı və saxtasının qiyməti eynidir: 16,80 manat.
Məktəbəhazırlığın standartların və kurikulumun əsasında hazırlanan dərs vəsaitinin hazırlanmasına Təhsil Nazirliyinin xüsusi əmri ilə icazə verilib. "Məktəbə hazırlaşırıq" adlı vəsaitdə 5 kitab yer alıb.
Kitabın giriş hissəsində o da qeyd olunub ki, xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. Dərs vəsaitlərinin ümumilikdə qiyməti 16 manat 80 qəpikdir.
Saxta dərslikıər Bakıxanov stansiyasının yaxınlağındakı “Zəka” kitab evində və digər bir sıra kitab mağazalarında da satılır.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, bu gün Azərbaycanda kitab və məktəb ləvazimatları arasında kifayət qədər böyük sayda pirat, standartlara cavab verməyən məhsullar var: “Bir çox hallarda ayrı ayrı şəxslər, mətbəələr yeni nəşr olunan, daha çox ehtiyac və tələbat olunan vəsaitləri qeyri-qanuni əsaslarla çap edib satışa çıxarırlar. Bu məsələ nə qədər hüquqi aspektdə həll olunmalı olsa da, hesab edirəm ki, bizneslə məşğul olan şəxslərin milli hisləri, vətəndaş mövqeyi olmalıdır. Çünki standartlara cavab verməyən vəsaitlərdən istifadə etmək istifadəçilərin sağlamlığına ciddi şəkildə zərər vura bilər. Onlarda görmə qabiliyyətinin itirilməsi halları baş verə bilər”.
“Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülür, amma yetərli deyil”- deyən K.Əsədov qeyd edib ki, bəzi hallarda daha çox tələbatın olduğu vəsaitləri pirat, saxta formada elə nəşriyyatların özləri gəlir əldə etmək üçün edirlər: “Onlar əvvəlcə həmin vəsaitləri məktəblər və ictimaiyyət üçün az sayda yüksək səviyyədə çap edirlər, sonra isə tələbatın artmasını nəzərə alaraq, aşağı keyfiyyətli məhsulu çap edib satışa çıxarırlar”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO