Azərbaycan İdeyası

“Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Tarix:3-10-2017, 15:16
Baxış Sayı:555


 “Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Qorxmaz Hüseynovun müavininə 320 manatlıq dəri çanta, idarə rəisinə isə qızıl saat hədiyyəsi və başqa faktlar
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb.
Xatırladaq ki, hazırda Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. Ondan əlavə Həsən Əliyevlə əlaqdə olan daha bir nəfər – Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib

 “Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
 “Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
 “Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
 “Azərsu”da idarə rəisi olmaq 200 min manatdır – Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
Bu işlə bağlı həmçinin Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib. İndisə keçək yeni təfərrüatlara. «Azadlıq” qəzetnin əldə etdiyi istintaq materiallarından bəlli olur ki, Həsən Əliyevə Ramazan Səlimovu işə düzəltmək üçün xeyli məmurla görüşdürüb.
«İşin həll olunanda nə verərsən-verərsən”
imə işlə bağlı görüşdüyü şəxslər deyib. Ramazan Səlimov söhbətin hansı fonddan getdiyini bilməyib: «O, söhbəti konkretləşdirib mənim icra başçısı təyinatım üçün razılaşdığımız məğbləğin yarısının, yəni 500.000 dolların fonda köçürülməsi üçün verməyimi israrla tələb etdi. Həsən məni o qədər nüfuzlu, yüksək vəzifəli şəxslərlə görüşdürdüyündən ona inanırdım. Bu səbəbdən ona dedim ki, 500.000 dollar yox, 300.000 manat verə bilərəm. 21.12.2011-ci ilə kimi Həsən hər gün mənə zəng vurub bu pulu tələb etdi, mənə deyirdi ki, lazımi adamlar bizi gözləyir, hətta narazılıq etməyə başladı ki, əgər pul verməyəcəkdinsə niyə məni bu işə qoşdun, mən sən işin üçün elə adamlara ağız açmışam ki, indi dala dursaq lap biabırçılıq olacaq, mənim öz hakimlik işim də düzəlməyəcək. Nəhayət 21.12.2011-ci ildə günortadan sonra onunla görüşüb ”Kişmiş” restoranında çörək yedik, Həsən 300.000 manat pulun bu gün verilməli olduğunu bildirdi. Mən əlacsız qalıb həyat yoldaşıma zəng vurdum və ona dedim ki, əmanətdən 3 dənə gətirib bizə çatdır. O əvvəlcə etiraz etsə də, onu inandıra bildim. Yoldaşımın restorana gəlməməsi üçün ona Atatürk prospektində yerləşən «Samsung” mağazasının qarşısına gəlməsini tapşırdım. Orada onun gətirdiyi 300.000 manat pulu alıb Həsənin maşınına qayıtdım. Pullar qara rəngli «kleyok”un içində olmaqla 30 ədəd 100-lük bağlamalarda idi. Həsən bağlamaları saydı, bağlamaların içindəki əskinasları saymadı. Özünün maşınında olan iş qovluğunu və şəxsiyyət vəsiqəsini çıxartdı, mənə qəbz yazıb verdi ki, məndən 300.000 manat pulu borc kimi alıb. Qeyd edim ki, mənim ondan qəbz almaq barədə heç fikrim də olmayıb. Sonra dedi ki. maksimum 2012-ci ilin yanvarın axırı, fevralın əvvəlində səni çağıracaqlar. Daha sonra o mənə tövsiyyələr verməyə başladı, dedi ki, toylara getmə, səni izləyəcəklər, yoxlayacaqlar, narahat adamlarla görüşmə, telefon danışıqlarına fikir ver, sənin danışıqlarına qulaq asa bilərlər, 180 dərəcə dəyiş, dövlətçiliyə aid kitablar oxu. Mən ona söz verdim və ondan ayrılıb evə gəldim”.
İdarə rəisinə 1100 manatlıq nərdtaxta
Lakin Həsən Əliyev daha sonra Ramazan Səlimova zəng vuraraq ona deyib ki, «Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı sukanal idarəsinin rəisi Habil Quliyevlə görüşməyi tapşırıb: «Dedi ki, Habil müəllim səni gözləyir, onunla görüş, səni Bakı şəhərinin rayonlarından birinə idarə rəisi qoyacaq. Mən pul, hədiyyə məsələsini üstüörtülü soruşanda Həsən dedi ki, o məsələ açılan kimi deyərsən ki, həmin məsələləri Həsən müəllim həll edəcək, o işlərə qarışmırsan. Həsən mənə Habilin yaxşı nərd oynayan olduğunu dediyi üçün yenə də Həsənin tapşırığına əsasən Habilə vermək üçün internet vasitəsilə 1100 manata sədəfli nərdtaxta aldım. Onu da götürüb Bakı Sukanal Baş Idarəsinə gəldim və soyadını bilmədiyim Habil müəllim adlı şəxslə görüşdüm. Habil müəllim deyilən şəxs yaşlı kök adamdır, Həsən mənə demişdi ki, o əvvəllər Dövlət Neft Şirkətində həmkarlarda işləyib. Hədiyyəmi ona təqdim etdim və Habil məni yaxşı qarşıladı, söhbətlərimiz bir-birimizin xoşuna gəldi, mənə çox razı qaldığını dedi. Söhbət zamanı Habil mənə dedi ki, o Həsən Əliyevi tanımır, məni qəbul etməyi və iş məsələmi həll etməyi ondan Nazirlər Kabinetində hansısa şöbənin rəisi vəzifəsində işləyən, soyadını bilmədiyim Mübariz adlı şəxs xahiş edib. Habillə aramızda pul söhbəti olmadı, o mənə onu dedi ki, özü birbaşa müdir vəzifəsinə işçi götürə bilmir. Bunu mütləq ”Azərsu” ASC-nin sədri ilə razılaşdırmalıdır. O, söhbət əsnasında mənə Nəsimi və Xətai rayonlarının sukanal idarəsinin rəisi vəzifəsini təklif etdi, mən də Xətai rayonunu seçdim. Onun yanından çıxıb, söhbətin nəticəsini Həsənə zəng vurub dedim. Bir müddət gözləsəm də, hər hansı xəbər çıxmadı”.
«İdarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi”
Ramazan Səlimov deyir ki, bundan sonra Həsən Əliyevin tapşırığı ilə Birləşmiş Sukanal Idarəsinin (Ramazan Səlimov bu qurumun adını Rayonlararası Sukanal Idarəsi kimi qeyd edib) rəisi Etibar Məmmədovun qəbuluna gedib: «Əvvəlki ifadəmdə mən onun adını səhvən Ərəstun kimi göstərmişəm. Əslində Ərəstun Etibar müəllimin köməkçisidir və mən qəbulla bağlı onun yanında olmuşdum. Bu səbəbdən adları qarışıq salmışam. Həsən Əliyev mənə dedi ki, Etibar müəllimlə danışılıb, səni ya Abşeron, ya da Sumqayıtın sukanal idarəsinə rəis təyin edəcəklər. Yenə də mənə işarə etdi ki, hər hansı pul söhbəti etmə, soruşsalar de ki, o məsələləri Həsən müəllim həll edəcək. Həsənin tapşırığına əsasən Mərkəzi Univermağın ikinci mərtəbəsindəki mağazadan brillyant qaşlı ”Polyot” markalı qol saatını Etibara vermək üçün hədiyyə kimi 1350 manata satın aldım və soyadını bilmədiyim, Həsənin dediyinə görə Dövlət Neft Şirkətinin rəhbərinin yaxın qohumlarından olan Etibarın qəbuluna getdim və hədiyyəmi ona təqdim etdim. Sonuncu mənimlə söhbətində Sumqayıt şəhərinə idarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi. Mən ona bu məsələlərə qarışmadığımı və bu işləri Həsən müəllimin həll edəcəyini deyəndə, o, təəccüblə məndən Həsənin kim olduğunu soruşdu.
Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs kimdir?
Mən ona Həsənin məni onun yanına göndərən şəxs olduğunu dedim. O yenə də təəccüblə mənə dedi ki, səni mənim yanıma Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs göndərib və mənim yanımda Mübarizə zəng etdi. Ona dedi ki, həmin yoldaş yanıma gəlib, hansısa Həsənin adını çəkir. Bu nə məsələdir? Mübarizin ona nə deməsini eşitmədim, ancaq bu danışıqdan sonra Etibar narazı tərzdə mənə dedi ki, o Həsən adlı hakim tanımır, məni Mübariz müəllimin xahişi ilə qəbul edibdir və özünün Vəli Həsənov soyadlı müavinini otağına çağırtdıraraq ona mənim sənədlərini qaydaya salmağı tapşırdı. Həmin müavin «Qaçqınkom”un sədri Əli Həsənovun qardaşı idi və mənə anket verib doldurmağı tapşırdı. Mən anketi doldurduqdan sonra mənimlə əlaqə saxlayacaqlarını dedi. Onların yanından çıxan kimi görüş barədə Həsənə zəng vurub məlumat verdim, Həsən mənim üstümə düşdü ki, sən niyə mənim adımı çəkmisən. Mən dedim ki, axı sən mənə adını çəkməməyi tapşırmamışdın, mən hardan bilim ki, sənin adını çəkmək lazım deyil. Qeyd edim ki, aldığım hədiyyələr barədə Həsənə məlumat vermişdim və onun bunlardan xəbəri var idi. Təxminən 3 gündən sonra, mənə Rayonlararası Su-Kanal Idarəsindən zəng gəldi və bildirildi ki, sənin təqdimatını yazıb göndərmişik, get «Azərsu” cəmiyyətinə, səni sədrin müavini Teyyub müəllim qəbul edəcək.
«»Azərsu” sədrinin müavininə hədiyyəmi təqdim etdim”
Bu barədə Həsən Əliyevə zəng vurub dedim, o tapşırdı ki, həmin şəxsə bir dənə dəri materialdan əl çantası al və hədiyyə apar. Mən Mərkəzi Univermağın yanındakı türk dəftərxana mağazasına girib 320 manata əl çantası və 80 manatlıq müxtəlif qələmlər alıb qablaşdırdım və «Azərsu” ASC-yə gəldim. ASC-nin sədr müavini işləyən şəxsin ikinci mərtəbədəki otağına girdim və hədiyyəmi ona təqdim etdim.Onun mənim gəlişimdən məlumatı var idi, məni çox yaxşı qəbul etdi, Abşeron rayon Sukanal Idarəsinə rəis vəzifəsinə təyin olunmağım barədə təqdimatın verildiyini dedi, işimin əsas sahələrini, strukturunu təmkinlə, savadlı surətdə izah edərək bir azdan ASC-nin sədri Qorxmaz Hüseynovun qəbuluna gedəcəyimizi dedi. Ancaq gözləsək də Qorxmaz Hüseynov işə gəlmədi, məlum oldu ki, sədr təcili surətdə Qobustan rayonuna getməli olub.
Bir müddət sonra mən yenə «Azərsu” ASC-yə gəldim, ancaq bəlli oldu ki, Teyyub müəllim Cənubi Koreyaya ezamiyyətə gedib və iki həftədən sonra olacaq. Mən Etibarın müavini Vəli Həsənova zəng vurdum, ona dedim ki, bəlkə Etibar müəllim özü Qorxmaz Hüseynova zəng vursun və sonuncu məni qəbul etsin. Ancaq Həsənov mənə dedi ki, səni ancaq Teyyub müəllim Qorxmaz Hüseynova təqdim edə bilər.Bütün baş verənlər barədə Həsən Əliyevə zəng vurub dərhal məlumat verirdim. Həsən hər dəfə danışanda mənə deyirdi ki, o məsələ həll olunub, narahat olma. 2012-ci ilin yanvar ayında Teyyub müəllimlə telefonla danışdım və sonuncu mənə 20 yanvardan sonra gəlməyi tapşırdı. 24.01.2012-ci ildə bazar ertəsi gün onun qəbuluna getdim, mənə dedi ki, Qorxmaz Hüseynov sənin təyinatına razıdır, ancaq Abşeron rayon və Sumqayıt şəhər Sukanal idarələrinin rəislərinin işdən çıxarılması 1-2 ay çəkəcək ona görə də məsləhətdir ki, bir az gözləyəsən. Mənə Quba, Qusar rayonlarını təklif etdi, ancaq mən imtina etdim”.mia.az
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb